logo

Kasım-Jomart Tokayev İlham Əliyevə zəng edib

17:17 09-09-2024 | icon 952
Kasım-Jomart Tokayev İlham Əliyevə zəng edib

Sentyabrın 9-da Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı bu ay Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi məsələsi də məmnunluqla qeyd olunub.

Tərəflər Azərbaycan və Qazaxıstan arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayıblar.

Qazaxıstan prezidenti Astananın Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların aparılması üçün platforma rolunu oynamağa hazır olduğunu bildirib.

Dövlət başçısı Azərbaycan üçün Astanada iki ölkə arasında bu danışıqların aparılması təklifinin məqbul olduğunu qeyd edib.

Telefon söhbəti zamanı ikitərəfli gündəliyə aid məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.