“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək
Ölkənin ən böyük özəl mobil operatoru “Bakcell”dünyanın aparıcı telekommunikasiya şirkəti “Vodafone Group”dan strateji tərəfdaşlıq dəstəyi alacaq.
Bu il “Vodafone” “Azerconnect Group” ilə tərəfdaşlıq müqaviləsi imzalayıb. Müqaviləyə əsasən “Bakcell”, qrupa bağlı şirkət olaraq, xidmət təkliflərini artırmaq məqsədilə süni intellekt əsaslı həllər və qabaqcıl məhsullar da daxil olmaqla, “Vodafone” şirkətinin təcrübəsindən istifadə edəcək.
“Vodafone” 15 ölkədə 330 milyondan çox müştəriyə mobil və sabit şəbəkə xidmətləri təqdim edir, daha 45 ölkədə isə mobil şəbəkələrlə əməkdaşlıq edirik. Şirkət dünyanın ən böyük IoT platformalarından birinə malikdir. Afrika qitəsində “Vodafone” şirkətinin maliyyə texnologiyaları müəssisələri hazırda 7 ölkədə 79 milyondan çox müştəriyə xidmət göstərir. Bu da digər provayderin əməliyyatlarından daha çoxdur.
“Bu əməkdaşlıq“Bakcell”in telekommunikasiya bazarında mövqelərini daha da gücləndirəcək vəmüştərilərimizə ən son innovativ həll yolları təqdim etməyimizə imkan verəcək. “Vodafone”la tərəfdaşlıq, həmçinin ölkədə rəqəmsal transformasiyanı sürətləndirəcək və yeni texnologiyaların tətbiqinə əhəmiyyətli töhfə verəcək”, - deyə “Bakcell”in baş icraçı direktoru Klaus Müller bildirib.
“Vodafone”un Tərəfdaş Bazarları üzrə baş icraçı direktoru Petr Dvorjak isə öz növbəsində əlavə edib: “Biz telekommunikasiya şəbəkəsinin təkmilləşdirilməsi, əməliyyatların səmərəliliyi və müştəri xidmətləri sahəsində ən yaxşı təcrübələri bölüşmək məqsədilə dünyada bir sıra telekommunikasiya operatorları ilə əməkdaşlıq edirik. Biz qarşıdakı illər ərzində “Bakcell”lə birgə işləməyi səbirsizliklə gözləyirik. Əminik ki, bu əməkdaşlıq “Bakcell”in fərdi və korporativ müştərilərinə böyük fayda gətirəcək”.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda ”Bakcell” üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verməyə çalışır və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
“Bakcell” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Gələn ildən “Azəripək”də pambıq parça da istehsal olunacaq
Avropa İttifaqı Gürcüstan rəhbərliyi ilə görüşləri dayandırıb
Azərbaycan və Türkiyə Ədliyyə nazirlikləri arasında Anlaşma Memorandumu imzalanıb
İlham Əliyev Cəbrayıl şəhərində yaşayış kompleksinin açılışında iştirak edib
Energetika naziri Braziliyada bir sıra görüşlər keçirib
Oktyabrın 5-6-da güclü geomaqnit qasırğası baş verəcək
Ermənistan təhlükəli oyunlara qoşulub
Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün matəm günüdür-İlham Əliyev
İlham Əliyev Cəbrayılda ABŞ-ın anti-Azərbaycan addımlarından danışıb
Azərbaycan QHT-ləri ABŞ konqresmeni Adam Şiffə açıq məktub yazıb
Həndbol üzrə Azərbaycan klublarının avrokubok oyunlarının vaxtı açıqlanıb
Sabah Bakıda 26° isti olacaq
Rəşad Nəbiyev Türkiyədə Orta Dəhlizin daşıma potensialının artırılmasını müzakirə edib
Azərbaycanla Rusiya Xəzər məsələləri üzrə işçi qrup yaradıb
Azərbaycan Belarusla kənd təsərrüfatı üzrə Yol Xəritəsi imzalayıb
Həsən Nəsrullah müvəqqəti olaraq gizli yerdə dəfn edilib
2200-dən çox namizəd dövlət qulluğuna imtahanı verəcək
Qazaxıstan prezidenti MDB təhlükəsizlik xidmətləri rəhbərlərini qəbul edib
UEFA Millətlər Liqası: Millimizin Estoniya və Slovakiya matçı üçün heyəti açıqlanıb
Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Azərbaycanda səfərdədir
AQTA “Rigs” hoteldə yemək verilməsinə qadağa qoyub
Bakıda “İqlim Fəaliyyəti üçün Yürüş” keçirilib
Bu gün 3 rayonda qaz olmayacaq
Azərbaycan nefti 80,04 dollara satılır
Gədəbəy sakini atdan yıxılaraq ölüb