“Yaşıl enerji məkanı” üzrə İşçi qrupunun növbəti iclası keçirilib
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək məqsədilə yaradılmış “Yaşıl enerji məkanı” İşçi qrupunun hibrid formada növbəti iclası keçirilib.
Energetika Nazirliyindən YeniAvropa-ya bildirilib ki, iclasa sədrlik edən nazir müavini Samir Vəliyev çıxışında strategiyanın icrası çərçivəsində reallaşdırılan layihələrin “Yaşıl dünya naminə həmrəylik ili” üzrə həyata keçirilən tədbirlərlə ahəng təşkil etdiyini vurğulayıb. İşçi qrupun iclaslarının müntəzəm keçirilməsinin hesabatlılığın effektivliyini artırdığını qeyd edib və gündəlikdə duran məsələlərə diqqət çəkib.
İşçi qrupunun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseyn strategiyanın icrası çərçivəsində bu ilin birinci yarısı üzrə aparılmış monitorinqin nəticələrinə dair ilkin qiymətləndirmə hesabatını təqdim edib. “Yaşıl enerji məkanı” məqsədi üzrə tədbirlərin icra göstəriciləri, 6 fəaliyyət istiqaməti üzrə indikatorlar və nəzərdə tutulmuş hədəflər çərçivəsində icra olunan işlər barədə məlumat verilib, qaz təchizatı, istilik təchizatı sahəsində dövlət‒özəl tərəfdaşlığının inkişaf etdirilməsi, dənizdə külək enerjisi potensialının araşdırılması, bioenerji və geotermal enerjidən istifadə imkanlarının genişləndirilməsi, bərpaolunan enerji mənbələri üzrə informasiya sisteminin yaradılması, Elektromobillik üzrə Milli Planın hazırlanması, enerji saxlanc sistemlərinin tətbiqi, karbon tutulması, utilizasiyası və saxlanması texnologiyalarının tətbiqi, iqtisadiyyatın müxtəlif sahələrində enerji səmərəliliyinin təmin edilməsi və digər istiqamətlərdə yerinə yetirilmiş tədbirlər müzakirə edilib.
Sonra digər qrup üzvlərinin hesabatla bağlı məruzələri dinlənilib, atılacaq növbəti addımlar, çağırış və tövsiyələr nəzərdən keçirilib. Strategiya sənədi üzrə qarşıdakı dövrdə tədbirlərin effektiv icrası ilə bağlı tapşırıqlar diqqətə çatdırılıb.
Qeyd edək ki, “Yaşıl enerji məkanı” İşçi qrupunda Energetika Nazirliyi və İİTKM ilə yanaşı, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Maliyyə, Fövqəladə Hallar Nazirliklərinin, SOCAR, Mərkəzi Bank, Azərbaycan İnvestisiya Holdinqi, Dövlət Statistika Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Gömrük Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı”, “Azərenerji”, “Azərişıq”, “Azəristiliktəchizat” ASC-lərin nümayəndələri təmsil olunurlar.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyun 2023-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə 8 İşçi qrup yaradılıb. “Yaşıl enerji məkanı” İşçi qrupu da bu çərçivədə “Yaşıl enerji məkanı” məqsədinin yerinə yetirilməsi və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsini həyata keçirir.
Dubaydan gətirilən qızıl külçələri ölkəyə keçirən gömrükçülərin məhkəməsi başlayır
Piyada keçidinin tikintisinə görə Hava Limanı-Mərdəkan yolu bağlanacaq
AŞPA üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağa nə vaxt götürüləcək?
Daha bir cüdoçumuz Avropa çempionu olub
Göyçayda atasını döyərək öldürən oğulun məhkəməsi başlayır
İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatıb
“Yaşıl enerji məkanı” üzrə İşçi qrupunun növbəti iclası keçirilib
Şuşada "Vüqar Həşimov Memorialı-2024" turniri keçiriləcək
2024-cü ilin yayı tarixə ən isti mövsüm kimi düşdü
Ukraynaya daha güclü "F-16" donanması lazımdır-Zelenski
Sabah Bakıda 29° isti olacaq
Stoltenberq NATO ölkələrini Kiyevə daha çox hərbi yardım etməyə çağırıb
İlham Əliyev İtaliyanın “Ansaldo Energia” şirkətinin baş direktoru ilə görüşüb
Cənub Qaz Dəhlizi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir
İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda çıxış edib
İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır-İlham Əliyev
Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin döyüş hazırlığını yoxlayıb
İtaliyada 50-ci yubiley Çernobbio Forumu keçirilir
Bakıda “Hüquq və iqlim” adlı beynəlxalq konfrans keçirilir
"Formula 1" Azərbaycan Qran-Prisinin Akkreditasiya Mərkəzi fəaliyyətə başlayıb
DİM 500-ə yaxın şagird üçün əlavə imtahan keçirəcək
Azərbaycan nefti 78,33 dollara satılır
Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir
Azərbaycanın iki qadın cüdoçusu Avropa çempionu olub
“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb