Ermənistanın Azərbaycana qarşı törətdiyi ekoloji cinayətlər Mərkəzi Asiya ölkələrinin mətbuatında
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə , «Ekoloq-2010» Ekoloji Maarifləndirmə İctimai Birliyi(EMİB) tərəfindən həyata keçirilən “Ermənistanın Azərbaycana qarşı törətdiyi ekoloji cinayətlər Mərkəzi Asiya ölkələrinin mətbuatında” layihəsinin icrası başa çatıb.
EMİB-dən YeniAvropa-ya verilən məlumatda bildirilib ki, 4 ay müddətində icra olunan layihənin əsas məqsədi Azərbaycanın transsərhəd çayı olan Oxçuçayın Ermənistan tərəfindən çirkləndiirlməsi, 30 ilə yaxın bir müddətdə işğal altında saxladığı torpaqlarda həyata keçirdiyi ekoloji terror, Vətən müharibəsinin bitməsindən 4 il keçməsinə baxmayaraq , Ermənistanın müharibə cinayətlərinin ayrılmaz tərkib hissəsi olan mina terrorunun bu gün davam etməsi, günahsız mülki şəxsklərin öz həyatlarını itirməsi barədə Mərkəzi Asiya ictimaiyyətini məlumatlandırmaq olub.
Layihənin icrası məqsədilə erməni icmalarının daha aktiv fəaliyyət göstərdiyi Qazaxlıstan, Özbəkistan, Qırğızıstan, Tacikistanın aparıcı KİV-lərində Ermənistanın Azərbaycana qarşı həyata keçirilən ekoloji cinayətlər, o cümlədən Oxçuçayda törədilən ekoloji terror , bunun nəticəsi olaraq ölkəmizin, ümumilikdə götürdükdə isə regionun fauna və florasına dəymiş zərərlər, eləcə də mina terroru barədə məqalələr yerləşdirilib. Özünü “demokratik” dövlət adlandıran Ermənistan hakimiyyətinin iç üzünü Mərkəzi Asiya ölkələri ictimaiyyətinə göstərməyi çalışılıb.
Və buna qismən nail olunub. Belə ki, layihə çərçivəsində rus və ingilis dillərində hazırlanan məqalələr Tacikistanda 1, Qazxıacatna 2, Qırğızıstanda 4 , Özbəkistanda 1 mətbu orqanında dərc edilib.
Məqalələrdə qeyd edilib ki, Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində törətdiyi ağır cinayətlər sırasında ekoloji cinayətlərin miqyası çox böyükdür. 4 il əvvəl , 44 günlük Vətən müharibəsində Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Azad edilən ərazilərdə aparılan monitorinqlər zamanı aydın olub ki, Ermənistan uzun illər işğal altında saxladığı torpaqlarda həm də təbiətə qarşı düşmən münasibət sərgiləyib. Ermənilərin törətdiyi ekoloji terror nəticəsində regionun ekosistemi üçün ciddi təhlükələr yaranıb. Həmin ərazilərdə bioloji müxtəlifliyə, flora və fauna növlərinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulub, ərazilər yandırılıb, su resursları çirkləndirilib, qiymətli ağac növləri ilə zəngin olan meşələr məhv edilib. Ümumilikdə, yeraltı və yerüstü sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində bu bölgədə ekoloji tarazlıq pozulub və Azərbaycanın ekologiyasına sağalmaz ziyan dəyib.
Bununla da Ermənistan qoşulduğu ekologiya və ətraf mühitlə bağlı beynəlxalq konvensiyaları, o cümlədən, “Ətraf mühitin dəyişdirilməsi üsullarının hərbi və ya hər hansı başqa düşmənsayağı istifadəsinin qadağan edilməsi” haqqında BMT konvensiyasını pozub.
Məqalələrdə qeyd edilib ki, Ermənistan indiyədək transsərhəd suların mühafizəsinə dair Helsinki Konvensiyasına qoşulmayıb.30 ildir özünü müstəqil dövlət elan etməsinə baxmayaraq Ermənistanın hələ də Helsinki Konvensiyasına qoşulmaması bu ölkənin gələcəkdə də bölgədə ekoloji terroru davam etdirmək kimi çirkin niyyətini bir daha ortaya qoyur.
Bütün bunlar bir yana, bu gün Azərbaycan dünyada mina terrorundan ən çox əziyyət çəkən ölkələrdən biridir. Mina partlayışları insanların həyatına təhlükə yaratmaqla və ümumiyyətlə, yaşamaq hüququnu sual altına qoymaqla bərabər, ətraf mühitə də böyük ziyan vurur. Belə ki, partlayışlar zamanı yaranan plastik tullantılar ekoloji fəsadlara səbəb olaraq torpaqların strukturuna mənfi təsir göstərir. Digər tərəfdən isə mina tələləri vəhşi heyvanların məhvinə də gətirib çıxarır.
Hesablamalara görə, Ermənistan 30 illik işğalçılıq siyasəti zamanı Azərbaycan torpaqlarında 1,5 milyondan çox mina yerləşdirib. Başqa sözlə, ölkə ərazisinin 12 faizi minalarla və partlamamamış sürsartlarla çirklənib.Bu isə ölkənin kənd təsərrüfatı üçün yararlı torpaq fondunun 28 faizi deməkdir.
Görünən odur ki, mina terroru Ermənistanın müharibə cinayətlərinin ayrılmaz tərkib hissəsi olub.
Rəsmi rəqəmlərə görə müharibənin 2020-ci ildə başa çatmasından bu günə qədər əksəriyyəti mülki olan 361 Azərbaycan vətəndaşı mina qurbanı olub, onlardan 68-i həlak olub, 293-ü isə ağır yaralanıb.
Qeyd edilib ki, Vətən müharibəsindən sonra işğaldan azad olunmuş əraziləri öz hesabına əsaslı bərpa edən və yenidən quran Azərbaycan mina probleminin həllinə də böyük vəsaitlər sərf etmək məcburiyyətindədir. Bu gün Azərbaycanda minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir. Lakin reallıq bundan ibarətdir ki, minatəmizləmə işi uzun müddət tələb edən prosesdir. Dağlıq Qarabağ kimi çətin relyefə malik olan bir bölgədə isə bu proses hətta on illərlə davam edə bilər.
Məqalələrdə qeyd edilib ki, görünən odur ki, Vətən müharibəsinin bitməsindən 4 il keçməsinə baxmayaraq, bütün nüfuzlu beynəlxalq təşkilatların səylərinə, çağırışlarına rəğmən rəsmi İrəvanın mina xəritələrini hələ də Bakıya təqdim etməməsi, Ermənistanın Azərbaycanla sülh müqaviləsini imzalamaqdan yayınması bu ölkənin heç də sülhpərvər olmadığını nümayiş etdirməklə yanaşı, bölgədə uzunmüddətlə sülhün bərqərar olunmasında maraqlı olmadığını bir daha təsdiqləyir.
Dubaydan gətirilən qızıl külçələri ölkəyə keçirən gömrükçülərin məhkəməsi başlayır
Piyada keçidinin tikintisinə görə Hava Limanı-Mərdəkan yolu bağlanacaq
AŞPA üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağa nə vaxt götürüləcək?
Daha bir cüdoçumuz Avropa çempionu olub
Göyçayda atasını döyərək öldürən oğulun məhkəməsi başlayır
İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatıb
“Yaşıl enerji məkanı” üzrə İşçi qrupunun növbəti iclası keçirilib
Şuşada "Vüqar Həşimov Memorialı-2024" turniri keçiriləcək
2024-cü ilin yayı tarixə ən isti mövsüm kimi düşdü
Ukraynaya daha güclü "F-16" donanması lazımdır-Zelenski
Sabah Bakıda 29° isti olacaq
Stoltenberq NATO ölkələrini Kiyevə daha çox hərbi yardım etməyə çağırıb
İlham Əliyev İtaliyanın “Ansaldo Energia” şirkətinin baş direktoru ilə görüşüb
Cənub Qaz Dəhlizi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir
İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda çıxış edib
İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır-İlham Əliyev
Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin döyüş hazırlığını yoxlayıb
İtaliyada 50-ci yubiley Çernobbio Forumu keçirilir
Bakıda “Hüquq və iqlim” adlı beynəlxalq konfrans keçirilir
"Formula 1" Azərbaycan Qran-Prisinin Akkreditasiya Mərkəzi fəaliyyətə başlayıb
DİM 500-ə yaxın şagird üçün əlavə imtahan keçirəcək
Azərbaycan nefti 78,33 dollara satılır
Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir
Azərbaycanın iki qadın cüdoçusu Avropa çempionu olub
“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb