Azərbaycan-Özbəkistan Ekspert Şurası yaradılıb
Avqustun 27-də Azərbaycan Respublikasının Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Özbəkistan Respublikasının Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycan və Özbəkistan: Qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivləri” mövzusunda hibrid konfrans keçirilib.
YeniAvropa xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Strateji və Regionlararası Araşdırmalar İnstitutunun direktor müavini Baxtiyor Mustafayev ikitərəfli münasibətlərin cari vəziyyətinin məmnunluq doğurduğunu və inkişaf perspektivlərinin yüksək olduğunu qeyd edib. O deyib ki, prezident İlham Əliyevin Özbəkistana səfəri iki dövlət arasında çoxşaxəli əməkdaşlığın inkişafı üçün yeni mərhələnin başlamasından xəbər verir. Bildirilib ki, qısa müddət ərzində dövlətlərarası münasibətlər yüksək səviyyəyə qaldırılıb, iqtisadi münasibətlər uğurla inkişaf edir.
Alternativ energetika sahəsində potensialın yüksək olduğunu deyən B.Mustafayev “Azərbaycan-Mərkəzi Asiya-Avropa” yaşıl enerji dəhlizinin yaradılması üzrə fəal iş aparıldığını diqqətə çatdırıb.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı imzalanan sənədlərin, xüsusən də müttəfiqlik münasibətləri haqqında müqavilənin regional və qlobal baxımdan əhəmiyyətini vurğulayıb.
“Son 30 il ərzində Azərbaycan və Özbəkistan arasında çox sıx münasibətlər formalaşıb. Əlaqələrimiz çox yüksək, strateji səviyyədədir”, - deyən F.Şəfiyev iqtisadi sahədə münasibətlərin inkişafının zəruriliyinə toxunub. O diqqətə çatdırıb ki, iki ölkə arasında özəl sektorlar sahəsində qarşılıqlı əlaqənin asanlaşdırılması, gömrük və digər bürokratik maneələrin aradan qaldırılması vacibdir.
BMTM-in İdarə Heyətinin sədri, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətin, ekspert dairələri arasında təmasların intensivləşdirilməsinin zəruriliyini qeyd edib.
İkitərəfli sənaye əməkdaşlığının inkişafının vacibliyinə toxunan Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov vurğulayıb ki, Azərbaycan Özbəkistan üçün Avropaya, Özbəkistan isə Azərbaycan üçün Asiyaya körpü kimi çıxış edir.
Azərbaycanın Özbəkistandakı səfirliyinin müşaviri Mahir Cəfərov prezident İlham Əliyevin dövlət səfərinin ikitərəfli münasibətlərdə tarixi və yeni mərhələ olduğunu, nəqliyyat-logistika, bərpaolunan enerji sahələrində əməkdaşlığın ikitərəfli əlaqələrin dinamikasına mühüm töhfə verəcəyini qeyd edib.
Daha sonra konfrans “Mərkəzi Asiya və Cənubi Qafqaz regionları arasında əməkdaşlığın inkişafında Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı vacib faktor kimi”, “Azərbaycan və Özbəkistan ticari-iqtisadi qarşılıqlı fəaliyyətinin vəziyyəti və inkişaf perspektivləri” (sənaye əməkdaşlığı, “yaşıl” energetika, rəqəmsallaşma), “Yeni geosiyasi şəraitdə Azərbaycan-Özbəkistan nəqliyyat-logistika qarşılıqlı fəaliyyətinin inkişafı” mövzularında panel müzakirələrlə davam edib. Hər iki ölkənin beyin mərkəzləri və ekspert dairələrinin çıxışları dinlənilib.
Konfransın nəticəsi olaraq Azərbaycan-Özbəkistan Ekspert Şurasının yaradılmasına dair qərar qəbul edilib.
Bu gün Çempionlar Liqasının yeni formatda I turuna start veriləcək
Türk dünyasının gənc yazarlarının Bakı forumu keçiriləcək
Yeni tədris ilində 1 milyon 620 mindək şagird təhsil alacaq
Mehriban Əliyeva məktəbliləri təbrik edib
Bakı-Xocalı-Xankəndi-Şuşa ilk avtobus reysi yola salınıb
Paytaxtdakı 7B nömrəli avtobusun marşrutu dəyişdirilib
32 ildən sonra Xocalı məktəbində ilk zəng çalınıb
MSK Milli Məclisə seçkilərin nəticələrini Konstitusiya Məhkəməsinə göndərdi
Sabah Bakıda yağış yağacaq,şimşək çaxacaq, 27° isti olacaq
Milli Məclisə seçkilərdə 20 məntəqənin nəticələri etibarsız sayılıb
Avropa komissarı istefa verib
Türk dünyası arxeoloqları Şuşaya toplaşıblar
Azərbaycanın turizm potensialı Vyanada nümayiş olunub
100-dən artıq şəxsi "işə düzəldən" dələduzlar saxlanılıblar
32 ildən sonra Şuşada ilk dərs günü
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 85 nəfər saxlanılıb
Paytaxtın bir hissəsində bu gün su olmayacaq
Azərbaycanda yeni tədris ili başlayıb
Nikol Paşinyan bu gün Gürcüstana səfər edəcək
"Formula 1 Azərbaycan Qran-Pri"sinin qalibləri mükafatlandırılıblar
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib
Sabah Bakıda 29° isti olacaq
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib
Türkiyə XİN-i Bakının işğaldan azad olunmasının ildönümü münasibətilə xalqımızı təbrik edib
İlham Əliyev "Formula 1"in prezidentini qəbul edib