“Azercell” “Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı”na start verir
“Azercell” “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalaraq, qadınların ictimai həyatda fəallığının artırılmasını hədəfləyən sosial layihə müsabiqəsini elan edir. Müsabiqənin məqsədi qadınların cəmiyyətdə mövqeyinin yaxşılaşdırılmasına, həmçinin maddi-mənəvi rifahının artırılmasına dəstək olmaqdır.
Müsabiqəyə təqdim olunan layihələr aşağıdakı mövzulardan birini əhatə etməlidir:
∙ Müxtəlif istiqamətlər üzrə qadınların bilik və bacarıqlarının təkmilləşdirilməsi;
∙ Qadınlara sahibkarlıq və biznes fəaliyyətinə dair praktiki biliklərin aşılanması;
∙ Texnoloji və innovativ sahədə qadınlarda yeni bacarıqların formalaşdırılması;
∙ Qadınların hüquq və maliyyə savadlılığının artırılması;
∙ Qadınlar arasında sağlam həyat tərzinin təbliğ edilməsi.
Seçim zamanı rəqəmsal mühitin inkişafına, inklüzivliyin təmin edilməsinə, həmçinin texnoloji həllər vasitəsilə həyat səviyyəsinin yüksəldilməsinə dəstək olan layihələrə üstünlük veriləcək. Layihələrin geniş hədəf qruplarına faydalı olmasına, eyni zamanda, davamlı şəkildə həyata keçirilməsinə önəm veriləcək.
Layihələrin qiymətləndirmə prosesinin şəffaflığını və obyektivliyini təmin etmək məqsədilə müsabiqəyə təqdim olunan təklifləri ölkənin bu sahələrdə ixtisaslaşmış ekspertlərindən ibarət münsiflər heyəti dəyərləndirəcək.
Müsabiqə çərçivəsində iki qalib layihə seçiləcək ki, hər birinin həyata keçirilməsi üçün “Azercell” tərəfindən 5 min manatadək qrant ayrılacaq.*
Qeyd edək ki, müsabiqədə yalnız qeyri-hökumət və qeyri-kommersiya təşkilatları iştirak edə bilərlər.
Layihə təklifləri Azərbaycan dilində 27.08.24-10.09.24 il tarixləri aralığında qeyd olunmuş link üzərindən göndərilməlidir. Müraciətə layihənin həyata keçirilməsi üçün tələb olunan büdcənin detallı açıqlamasının əlavə edilməsi xahiş olunur.
“Azercell Telekom” MMC bütün iştirakçılara uğurlar arzu edir!
* Qrantın məbləği münsiflər heyətinin layihə dəyərləndirməsindən asılı olaraq dəyişə bilər.
Dubaydan gətirilən qızıl külçələri ölkəyə keçirən gömrükçülərin məhkəməsi başlayır
Piyada keçidinin tikintisinə görə Hava Limanı-Mərdəkan yolu bağlanacaq
AŞPA üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağa nə vaxt götürüləcək?
Daha bir cüdoçumuz Avropa çempionu olub
Göyçayda atasını döyərək öldürən oğulun məhkəməsi başlayır
İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatıb
“Yaşıl enerji məkanı” üzrə İşçi qrupunun növbəti iclası keçirilib
Şuşada "Vüqar Həşimov Memorialı-2024" turniri keçiriləcək
2024-cü ilin yayı tarixə ən isti mövsüm kimi düşdü
Ukraynaya daha güclü "F-16" donanması lazımdır-Zelenski
Sabah Bakıda 29° isti olacaq
Stoltenberq NATO ölkələrini Kiyevə daha çox hərbi yardım etməyə çağırıb
İlham Əliyev İtaliyanın “Ansaldo Energia” şirkətinin baş direktoru ilə görüşüb
Cənub Qaz Dəhlizi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir
İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda çıxış edib
İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır-İlham Əliyev
Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin döyüş hazırlığını yoxlayıb
İtaliyada 50-ci yubiley Çernobbio Forumu keçirilir
Bakıda “Hüquq və iqlim” adlı beynəlxalq konfrans keçirilir
"Formula 1" Azərbaycan Qran-Prisinin Akkreditasiya Mərkəzi fəaliyyətə başlayıb
DİM 500-ə yaxın şagird üçün əlavə imtahan keçirəcək
Azərbaycan nefti 78,33 dollara satılır
Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir
Azərbaycanın iki qadın cüdoçusu Avropa çempionu olub
“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb