Səttar Möhbalıyev AHİK-dən getdi-Sahib Məmmədov yeni sədrdir
Avqustun 26-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının(AHİK) növbədənkənar VII qurultayı keçirilib.
YeniAvropa xəbər verir ki, qurultayda Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Reqlamentə uyğun olaraq, qurultayın Redaksiya və Hesablayıcı komissiyalarının tərkibi və Katibliyin üzvləri seçilib, gündəlik təsdiqlənib. Qurultayın gündəliyinə təşkilati məsələ daxil edilib.
Tədbirdə çıxış edən AHİK sədri Səttar Möhbalıyev Konfederasiyaya rəhbərlik etdiyi ötən müddət ərzində görülmüş işlərdən, qazanılmış nailiyyətlərdən, həmkarlar ittifaqlarının hüquqlarının, onların üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi naminə atılmış real addımlardan danışıb, göstəriciləri səsləndirib, eləcə də Azərbaycan həmkarlar ittifaqlarının beynəlxalq nüfuzundan bəhs edib.
Sonra Səttar Möhbalıyev Milli Məclisin deputatı kimi işinin çoxluğunu nəzərə alaraq AHİK sədrliyindən istefa verdiyini açıqlayıb. Onun istefası səsə qoyulub və qurultay iştirakçıları tərəfindən qəbul edilib.
Qurultayda AHİK-in sədri vəzifəsinə seçki keçirilib. Sədr vəzifəsinə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin qurultay nümayəndəsi Sahib Əli oğlu Məmmədovun namizədliyi irəli sürülüb və o, açıq səsvermə qaydasında yekdilliklə AHİK-in sədri seçilib.
Sahib Məmmədov ona etimad göstərən qurultay iştirakçılarına təşəkkür edib, Azərbaycan həmkarlar ittifaqlarının inkişafı, üzvlərinin əmək hüquqlarının qorunması, onlar üçün normalara uyğun iş şəraitinin yaradılması, istirahətlərinin təşkili və sağlamlıqlarının qorunması istiqamətində səylə çalışacağını vurğulayıb. Bildirib ki, Konfederasiyanın fəaliyyətində bundan sonra da şəffaflıq, bərabərlik, inklüzivlik təmin etdiriləcək, qabaqcıl təcrübələr tətbiq olunacaq, xarici ölkələrin həmkarlar ittifaqları ilə münasibətlər genişləndiriləcək, eləcə də ölkəmizdə həmkarlar ittifaqlarının nüfuzunun daha da artırılması naminə real addımlar atılacaq.
Sabah Bakıda qısamüddətli yağış yağacaq,29° isti olacaq
Avropa Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
Göygöldə Moruq festivalı keçirilir
Fatma Səttarova 102 yaşında vəfat edib
Azərbaycan nefti 76,30 dollara satılır
Gəncədə 18 yaşlı qadını bıçaqladılar
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb
İlham Əliyev “Xaqani” bağında aparılan abadlıq işləri ilə tanış olub
Bərdə-Xankəndi müntəzəm avtobus reysi fəaliyyətə başlayıb
7 ayda Azərbaycanda 58 mindən çox körpə doğulub
MSK Vəfa Nağıya görə 6 məntəqədə səsvermənin nəticələri ləğv etdi
Azərbaycanda əhalinin sayı 10 milyon 204 min nəfəri ötüb
“Bakcell”in stendi Formula 1 azarkeşlərinin diqqət mərkəzində
MSK müsavatçı Mustafa Hacılının müraciətini əsassız sayıb
DİM sentyabrın 8-dəki buraxılış imtahanların nəticələrini açıqlayıb
İlham Əliyev “Vista Equity Partners” şirkətinin rəhbərini qəbul edib
Bakı metrosu payız-qış mövsümünə keçir
İlham Əliyev “Gulfstream Aerospace” şirkətinin prezidentini qəbul edib
"Formula 1 Azərbaycan Qran-Prisi: “Ferrari”nin pilotu qəza törədib
Sabah Bakıda 30° isti olacaq,bəzi bölgələrdə yağış və qar yağacaq
Azərbaycan Rusiyayanın əsas kənd təsərrüfatı məhsulları ixracatçısıdır
Sabahdan Bərdə-Xankəndi avtobus reysi açılır:Bilet 2,80 manatdır
Bakıda IV Su İnnovasiya Forumu keçiriləcək
Rusiya cəsusluq adı ilə 6 britaniyalı diplomatı ölkədən çıxarır
Oğuzda narkokuryerlik edən şəxslər saxlanılıblar