Türkiyə-Azərbaycan Universitetində 87 tələbə təhsil alacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Bakıda fəaliyyəti qurulan Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulunun nəticələri açıqlanıb.
Türkiyənin Ali Təhsil Şurası (Yükseköğretim Kurulu - YÖK) və Azərbaycanın Elm və Təhsil Nazirliyinin birlikdə idarəetməsi ilə yeni universitet modeli kimi yaradılan Türkiyə–Azərbaycan Universitetinə abituriyentlər böyük maraq göstəriblər.
Elm və Təhsil Nazirliyindən YeniAvropa-ya bildirilib ki, Türkiyə–Azərbaycan Universitetin birinci kursunda Kompüter mühəndisliyi və Sənaye mühəndisliyi fakültələrinin hər birində 30 nəfər, Qida mühəndisliyi fakültəsində 27 nəfər olmaqla ümumilikdə 87 tələbə ali təhsil alacaq.
Universitet 2024–2025–ci tədris ilindən fəaliyyətə başlayacaq.
Türkiyə–Azərbaycan Universitetinin Kompüter mühəndisliyi fakültəsinə qəbul üçün ən yüksək bal 684,9, ən aşağı bal isə 641,6 olub. Sənaye mühəndisliyi fakültəsi ən yüksək bal – 663,7, ən aşağı bal isə 544,4 olmaqla tələbə qəbul edib. Qida mühəndisliyi fakültəsində ən yüksək bal 632,8 olduğu halda bu bölmənin baza balı 452,1 olub.
Türkiyənin aparıcı universitetlərinin proqramlarına əsasən təhsil veriləcək Türkiyə–Azərbaycan Universiteti “çətir universitet” funksiyasını yerinə yetirəcək. Universitet ilk dəfə proqramlarını açmaq əvəzinə təhsil fəaliyyətini davam etdirən və bu mövzuda özünü sübut etmiş universitetlərin proqramlarını özündə birləşdirəcək. Beləliklə, 2024–2025-ci tədris ilində Türkiyə–Azərbaycan Universitetində açılan kompüter mühəndisliyi ixtisasında Orta Doğu Texniki Universitetinin (ODTÜ), sənaye mühəndisliyi ixtisasında İstanbul Texniki Universitetinin (İTÜ) qida mühəndisliyi ixtisasında Hacettepe Universitetinin təhsil proqramları əsas götürüləcək.
Türkiyə–Azərbaycan Universitetində bu proqramları uğurla başa vuran tələbələr müvafiq universitetlərin diplomlarını alacaqlar.
Xatırladaq ki, Türkiyə ilə Azərbaycan arasında elmi və texnoloji əməkdaşlığı yeni səviyyəyə çatdıracaq Türkiyə–Azərbaycan Universitetinin yaradılmasına dair anlaşma memorandumu 2024-cü il fevralın 19-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan Elm və Təhsil Nazirliyi və Türkiyənin Ali Təhsil Şurası arasında imzalanıb. Müqaviləni Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Erol Özvar və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev imzayıblar.
Dubaydan gətirilən qızıl külçələri ölkəyə keçirən gömrükçülərin məhkəməsi başlayır
Piyada keçidinin tikintisinə görə Hava Limanı-Mərdəkan yolu bağlanacaq
AŞPA üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağa nə vaxt götürüləcək?
Daha bir cüdoçumuz Avropa çempionu olub
Göyçayda atasını döyərək öldürən oğulun məhkəməsi başlayır
İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatıb
“Yaşıl enerji məkanı” üzrə İşçi qrupunun növbəti iclası keçirilib
Şuşada "Vüqar Həşimov Memorialı-2024" turniri keçiriləcək
2024-cü ilin yayı tarixə ən isti mövsüm kimi düşdü
Ukraynaya daha güclü "F-16" donanması lazımdır-Zelenski
Sabah Bakıda 29° isti olacaq
Stoltenberq NATO ölkələrini Kiyevə daha çox hərbi yardım etməyə çağırıb
İlham Əliyev İtaliyanın “Ansaldo Energia” şirkətinin baş direktoru ilə görüşüb
Cənub Qaz Dəhlizi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir
İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda çıxış edib
İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır-İlham Əliyev
Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin döyüş hazırlığını yoxlayıb
İtaliyada 50-ci yubiley Çernobbio Forumu keçirilir
Bakıda “Hüquq və iqlim” adlı beynəlxalq konfrans keçirilir
"Formula 1" Azərbaycan Qran-Prisinin Akkreditasiya Mərkəzi fəaliyyətə başlayıb
DİM 500-ə yaxın şagird üçün əlavə imtahan keçirəcək
Azərbaycan nefti 78,33 dollara satılır
Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir
Azərbaycanın iki qadın cüdoçusu Avropa çempionu olub
“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb