Qarabağ Universitetinə ümumilikdə 1104 tələbə qəbul olub
Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, 2024-2025-ci tədris ili üzrə Qarabağ Universitetinin bakalavriat səviyyəsinə tələbə qəbulu planı, demək olar ki, tam dolub.
Qarabağ Universitetinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, birinci qrupda 6 ixtisas (riyaziyyat müəllimliyi, elektrik və elektronika mühəndisliyi, inşaat mühəndisliyi, kompüter mühəndisliyi, logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, mexatronika və robototexnika mühəndisliyi) üzrə Qarabağ Universitetinə ümumilikdə 290 nəfər tələbə qəbul olub. Bu qrupda orta qəbul balı 475,5 təşkil edib. Sözügedən qrup üzrə universitetdə ən yüksək nəticə 659,9 balla riyaziyyat müəllimliyi ixtisasında qeydə alınıb. Olimpiada qalibi olan 1 abituriyent isə universitetin elektrik və elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilib.
İkinci qrupda universitetə 7 ixtisas (beynəlxalq ticarət və logistika, dövlət və bələdiyyə idarəetməsi, iqtisadiyyat, maliyyə, menecment, mühasibat, turizm işinin təşkili) üzrə ümumilikdə 330 nəfər tələbə qəbul olub. Bu qrupda orta qəbul balı 396,7 təşkil edib. Sözügedən qrup üzrə universitetdə ən yüksək nəticə 641,7 balla maliyyə ixtisasında qeydə alınıb. Onu da qeyd edək ki, universitetdə maliyyə ixtisası üzrə keçid balı 500,5 olub.
Üçüncü qrupda 6 ixtisas (Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, ibtidai sinif müəllimliyi, xarici dil müəllimliyi (ingilis dili), beynəlxalq münasibətlər, hüquqşünaslıq, tarix) üzrə Qarabağ Universitetinə ümumilikdə 330 nəfər tələbə qəbul olub. Bu qrupda orta qəbul balı 531,3 təşkil edib. Sözügedən qrup üzrə universitetdə ən yüksək nəticə 683,8 balla hüquqşünaslıq ixtisasında qeydə alınıb.
Qeyd edək ki, universitetdə hüquqşünaslıq ixtisası üzrə keçid balı 609,4, xarici dil müəllimliyi (ingilis dili) ixtisası üzrə isə 538,7 olub.
Dördüncü qrupda 1 ixtisas (psixologiya) üzrə Qarabağ Universitetinə 30 tələbə qəbul olub. Bu ixtisas üzrə isə tələbələrin orta qəbul balı 470,0 təşkil edib. Ən yüksək nəticə 570,6 bal olub.
Ümumilikdə, Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə qəbul olan 980 tələbənin orta qəbul balı 467,6 təşkil edib.
Xüsusi qabiliyyət imtahanları tələb edən V ixtisas qrupunda 7 ixtisas (o cümlədən musiqi müəllimliyi (fortepiano, skripka, klarnet, tar, kamança, saz, nağara, qarmon), dekorativ tətbiqi sənət (bədii toxuculuq, keramika), dizayn (interyer dizaynı, qrafik dizayn, geyim dizaynı), instrumental ifaçılıq (fortepiano, skripka, klarnet), instrumental ifaçılıq (tar, kamança, saz, nağara, qarmon), vokal sənəti (xanəndəlik), vokal sənəti (milli vokal) üzrə Qarabağ Universitetinə ümumilikdə 124 tələbə qəbul olub.
Beləliklə, universitetə ümumilikdə 1104 tələbə qəbul olub, onlardan 124 nəfəri xüsusi qabiliyyət imtahanı verən tələbələrdir.
Qeyd edək ki, 101 abituriyent Qarabağ Universitetinə 600 baldan yüksək nəticə göstərməklə qəbul olub. Ümumilikdə, ilk tədris ilində universitetinin bakalavriat səviyyəsində 27 ixtisas üzrə kadr hazırlığı həyata keçiriləcək.
Dubaydan gətirilən qızıl külçələri ölkəyə keçirən gömrükçülərin məhkəməsi başlayır
Piyada keçidinin tikintisinə görə Hava Limanı-Mərdəkan yolu bağlanacaq
AŞPA üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağa nə vaxt götürüləcək?
Daha bir cüdoçumuz Avropa çempionu olub
Göyçayda atasını döyərək öldürən oğulun məhkəməsi başlayır
İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatıb
“Yaşıl enerji məkanı” üzrə İşçi qrupunun növbəti iclası keçirilib
Şuşada "Vüqar Həşimov Memorialı-2024" turniri keçiriləcək
2024-cü ilin yayı tarixə ən isti mövsüm kimi düşdü
Ukraynaya daha güclü "F-16" donanması lazımdır-Zelenski
Sabah Bakıda 29° isti olacaq
Stoltenberq NATO ölkələrini Kiyevə daha çox hərbi yardım etməyə çağırıb
İlham Əliyev İtaliyanın “Ansaldo Energia” şirkətinin baş direktoru ilə görüşüb
Cənub Qaz Dəhlizi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir
İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda çıxış edib
İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır-İlham Əliyev
Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin döyüş hazırlığını yoxlayıb
İtaliyada 50-ci yubiley Çernobbio Forumu keçirilir
Bakıda “Hüquq və iqlim” adlı beynəlxalq konfrans keçirilir
"Formula 1" Azərbaycan Qran-Prisinin Akkreditasiya Mərkəzi fəaliyyətə başlayıb
DİM 500-ə yaxın şagird üçün əlavə imtahan keçirəcək
Azərbaycan nefti 78,33 dollara satılır
Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir
Azərbaycanın iki qadın cüdoçusu Avropa çempionu olub
“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb