Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu keçirilib
Daşkənd şəhərində Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyinin, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Özbəkistanın Xarici İnvestisiyaların Cəlb Edilməsi Agentliyinin təşkilatçılığı ilə Özbəkistan-Azərbaycan biznes forumu keçirilib.
Nazirlikdən YeniAvropa-ya bildirilib ki, tədbirdə hər iki tərəfdən rəsmilərlə yanaşı, tikinti, sənaye, kənd təsərrüfatı, avtomobil sənayesi, nəqliyyat-logistika, səhiyyə, turizm və digər sahələrdə fəaliyyət göstərən 300-dək sahibkar iştirak edib. Biznes-forumda iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov çıxış ediblər.
Vurğulanıb ki, ölkələrimiz arasında əməkdaşlığın inkişafına xüsusi önəm verilir. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasında tərəfdaşlığın möhkəmləndirilməsinə təkan verəcək. Keçirilən birgə işgüzar tədbirlərin yeni layihə və əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, eləcə də bu sahədə təşəbbüslərin uğurla reallaşdırılması baxımından mühüm rolu qeyd olunub. İki ölkənin qarşılıqlı iqtisadi-ticarət münasibətləri də inkişaf edir. Ölkələrimiz arasında ticarət dövriyyəsi dinamik şəkildə artır. Özbəkistanla investisiya sahəsində işbirliyi isə çoxtərəfli xarakter daşıyır. 2024-2025-ci illər üçün iqtisadi-ticarət və investisiya əməkdaşlığının daha da dərinləşdirilməsinə dair birgə yol xəritəsi çərçivəsində kənd təsərrüfatı, turizm, tikinti, əczaçılıq və avtomobil sənayesi kimi sektorlarda layihələrin həyata keçirilməsi planlaşdırılır. Bu kontekstdə 500 milyon dollar dəyərində nizamnamə kapitalına malik Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin rolu xüsusi qeyd edilib. Hazırda şirkətin 15 birgə layihənin maliyyələşdirilməsi ilə bağlı təhlil apardığı diqqətə çatdırılıb. Sahibkarlar investisiya şirkətinin imkanlarından yararlanmağa dəvət edilib.
Bununla yanaşı, ölkələrimizin regional nəqliyyat və enerji təşəbbüsləri çərçivəsində uğurlu ortaq fəaliyyətindən bəhs edilib. Yaşıl enerjinin Mərkəzi Asiyadan Azərbaycan ərazisindən keçməklə Avropaya ixracının önəmi vurğulanıb.
Forumda Azərbaycanda investorlar üçün yaradılan əlverişli biznes və investisiya mühiti, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının təqdim etdiyi imkanlar haqqında məlumat verilib.
Tədbirdə, həmçinin AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, “Businesstex” şirkətinin baş direktoru Nodir Pulatov, “Iticket Azerbaijan” şirkətinin baş direktoru Kamran Abasov, “Bazalt Uzbekistan” şirkətlər qrupunun kommersiya direktoru Temur Mamadaminov reallaşdırılan birgə layihələr və ölkələrimizin investisiya perspektivləri, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin baş direktoru Nazim Hacıyev qarşılıqlı sərmayə yatırımı imkanları, Özbəkistanın Azərbaycanda fəxri konsulu Kənan Cəlilov isə iqtisadi-ticarət tərəfdaşlığının genişlənməsinə dair çıxış ediblər.
Forumda Azərbaycan-Özbəkistan əlaqələrinə dair videoçarx nümayiş olunub.
Biznes-forum çərçivəsində energetika, təhsil, logistika, tikinti sahələri üzrə işbirliyi, Bakı və Daşkənd arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin Quba və Cizak, Şəhrisəbz və Beyləqan şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulması ilə bağlı imzalanmış sənədlər mübadilə olunub.
Tədbir B2B formatında görüşlərlə davam etdirilib.
Dubaydan gətirilən qızıl külçələri ölkəyə keçirən gömrükçülərin məhkəməsi başlayır
Piyada keçidinin tikintisinə görə Hava Limanı-Mərdəkan yolu bağlanacaq
AŞPA üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağa nə vaxt götürüləcək?
Daha bir cüdoçumuz Avropa çempionu olub
Göyçayda atasını döyərək öldürən oğulun məhkəməsi başlayır
İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatıb
“Yaşıl enerji məkanı” üzrə İşçi qrupunun növbəti iclası keçirilib
Şuşada "Vüqar Həşimov Memorialı-2024" turniri keçiriləcək
2024-cü ilin yayı tarixə ən isti mövsüm kimi düşdü
Ukraynaya daha güclü "F-16" donanması lazımdır-Zelenski
Sabah Bakıda 29° isti olacaq
Stoltenberq NATO ölkələrini Kiyevə daha çox hərbi yardım etməyə çağırıb
İlham Əliyev İtaliyanın “Ansaldo Energia” şirkətinin baş direktoru ilə görüşüb
Cənub Qaz Dəhlizi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir
İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda çıxış edib
İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır-İlham Əliyev
Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin döyüş hazırlığını yoxlayıb
İtaliyada 50-ci yubiley Çernobbio Forumu keçirilir
Bakıda “Hüquq və iqlim” adlı beynəlxalq konfrans keçirilir
"Formula 1" Azərbaycan Qran-Prisinin Akkreditasiya Mərkəzi fəaliyyətə başlayıb
DİM 500-ə yaxın şagird üçün əlavə imtahan keçirəcək
Azərbaycan nefti 78,33 dollara satılır
Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir
Azərbaycanın iki qadın cüdoçusu Avropa çempionu olub
“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb