logo

Azərbaycan və Özbəkistanın iki şəhəri qardaşlaşıb

14:54 22-08-2024 | icon 434
Azərbaycan və Özbəkistanın iki şəhəri qardaşlaşıb

Azərbaycan və Özbəkistanın iki şəhəri qardaşlaşıb.

YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

Bildirib ki, Azərbaycanın Quba şəhəri ilə Özbəkistanın Cizak, eləcə də Beyləqan şəhəri ilə  Şəhrisəbz şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulması ilə bağlı sənədlər imzalanıb.

İmzalanma mərasimi Azərbaycan prezidentinin Özbəkistana dövlət səfəri çərçivəsində Daşkənddə təşkil olunan Özbəkistan-Azərbaycan biznes forumu çərçivəsində baş tutub.

Biznes forumda həmçinin iki ölkə arasında 2024-2025-ci illər üçün ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinə dair Yol xəritəsi çərçivəsində kənd təsərrüfatı, turizm, tikinti, əczaçılıq və avtomobil sənayesi kimi sektorlarda birgə fəaliyyətə dair müzakirələr aparılıb