Eldar Əzizov icra başçılarına ciddi xəbərdarlıq edib
Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxt rayonları icra hakimiyyətləri başçıları və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.
BŞİH-nin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, müşavirədə bir sıra məsələlər, o cümlədən paytaxtda aparılan əsaslı təmir, abadlıq-quruculuq, yaşıllaşdırma işlərinin vəziyyəti və digər məsələlər müzakirə edilib. Qeyd olunub ki, prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bu gün paytaxtımız keyfiyyətcə yeni inkişaf səviyyəsinə yüksəlib, əhalinin həyat və mədəni səviyyəsi artıb, şəhərdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir.
Şəhər ərazisində həyata keçirilən işlərin monitorinqlərinin nəticələri müşavirə iştirakçılarının diqqətinə çatdırılıb. Həmçinin son vaxtlar Binəqədi və Yasamal rayonlarında bu istiqamətdə müsbət dəyişikliklərin müşahidə edildiyi vurğulanıb. Paytaxtda aparılan əsaslı təmir, abadlıq-quruculuq işlərinin sürətləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Müşavirədə qanunsuz tikililərlə bağlı məsələ ciddi müzakirə olunub və rayonlarda aparılan monitorinqlərin nəticələrinə dair görüntülər nümayiş etdirilib.
Tədbirdə çıxış edən Baki Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün dövlət başçısı İlham Əliyev məmurlar qarşısında ciddi tələblər qoyub, onların təmiz işləmələrini və təvazökar olmalarını bir vəzifə kimi tapşırıb. Lakin hələ də bəzi mənfi hallar müşahidə edilməkdədir. Bununla əlaqədar rayon icra hakimiyyətlərinin başçılarına ciddi xəbərdarlıq edilərək təcili tədbirlərin görülməsi tələb olunub. Bildirilib ki, BŞİH-nin monitorinq qrupu tərəfindən işlərə nəzarət ediləcək və nəticələr bir aydan sonra yenidən müzakirəyə çıxarılacaq.
Dubaydan gətirilən qızıl külçələri ölkəyə keçirən gömrükçülərin məhkəməsi başlayır
Piyada keçidinin tikintisinə görə Hava Limanı-Mərdəkan yolu bağlanacaq
AŞPA üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağa nə vaxt götürüləcək?
Daha bir cüdoçumuz Avropa çempionu olub
Göyçayda atasını döyərək öldürən oğulun məhkəməsi başlayır
İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatıb
“Yaşıl enerji məkanı” üzrə İşçi qrupunun növbəti iclası keçirilib
Şuşada "Vüqar Həşimov Memorialı-2024" turniri keçiriləcək
2024-cü ilin yayı tarixə ən isti mövsüm kimi düşdü
Ukraynaya daha güclü "F-16" donanması lazımdır-Zelenski
Sabah Bakıda 29° isti olacaq
Stoltenberq NATO ölkələrini Kiyevə daha çox hərbi yardım etməyə çağırıb
İlham Əliyev İtaliyanın “Ansaldo Energia” şirkətinin baş direktoru ilə görüşüb
Cənub Qaz Dəhlizi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir
İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda çıxış edib
İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır-İlham Əliyev
Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin döyüş hazırlığını yoxlayıb
İtaliyada 50-ci yubiley Çernobbio Forumu keçirilir
Bakıda “Hüquq və iqlim” adlı beynəlxalq konfrans keçirilir
"Formula 1" Azərbaycan Qran-Prisinin Akkreditasiya Mərkəzi fəaliyyətə başlayıb
DİM 500-ə yaxın şagird üçün əlavə imtahan keçirəcək
Azərbaycan nefti 78,33 dollara satılır
Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir
Azərbaycanın iki qadın cüdoçusu Avropa çempionu olub
“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb