UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Ağdamın “Qarabağ” komandası səfərdə Xorvatiyanın “Dinamo” komandası ilə qarşılaşıb.
YeniAvropa xəbər verir ki, paytaxt Zaqrebdəki "Maksimir” stadionunda keçirilən matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Dinamo"nun heyətində Marko Pyasa və Sandro Kulenoviç (2 qol) fərqləniblər.
Komandalar arasında cavab görüşü avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.