logo

Irandan Azэrbaycana 8 kq narkotika keçirmək istədilər

14:14 20-08-2024 | icon 455
Irandan Azэrbaycana 8 kq narkotika keçirmək istədilər

Səkkiz kiloqrama yaxın narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən YeniAvropa-ya bildirilib ki, avqust ayının 15-də saat 00:50-də DSX-nın Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 7 kiloqram 710 qram olan narkotik vasitənin - marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.