ABŞ-nin İllinoys ştatındakı Azərbaycan icması ilə görüş keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ABŞ-nin İllinoys ştatındakı Azərbaycan icması ilə görüşüb.
YeniAvropa xəbər verir ki, Azərbaycan Respublikasının və ABŞ-nin Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayan tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə davam edib.
Amerika Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin təsisçiləri Fərid Məmmədov və Mehriban Məmmədova iştirakçıları salamlayıb. Sonra Mehriban Məmmədova icmanın fəaliyyəti, görülən işlərin əhatə dairəsinin daha da genişlənməsi, ABŞ-də Azərbaycan icmasının nüfuzunun get-gedə artması və yumşaq gücə çevrilmə yolunda irəliləməsi barədə danışıb.
Komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən diaspor siyasəti, xaricdəki Azərbaycan Evləri, Koordinasiya Şuraları, həftəsonu məktəbləri, Komitənin uğurla nəticələn irimiqyaslı layihələri, o cümlədən avqustun 1-dən 7-dək “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin Laçında keçirilən və dünya azərbaycanlı gənclərinin böyük marağına səbəb olan V Yay Düşərgəsi haqqında ətraflı məlumat verib.
Görüşdə iştirak edən Türkiyənin Çikaqodakı Baş konsulu Engin Tures Azərbaycan və türk diasporlarının birgə fəaliyyətinin vacibliyini qeyd edib, hər zaman diasporumuzun yanında olduqlarını dilə gətirib.
Orta Qərb Ştatları Azərbaycan Tələbə Alyansının rəhbəri Nərgiz Həbibova təşkilatın fəaliyyəti barədə məlumat verib, ABŞ-dəki tələbə gənclərin xüsusilə sosial media platformaları üzərindən şəbəkələşmə imkanlarından və təşkilatın hədəflərindən danışıb. Çıxışlarda Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinin, regionda sülhün və barışın rəmzinə çevrilməsinin soydaşlarımızı qürurlandırması, Vətən naminə daha böyük işlər görməyə həvəsləndirməsi vurğulanıb. İcma üzvləri daha güclü diaspor formalaşdırmağın vacibliyindən, birlik mexanizmlərindən, beynəlxalq təcrübənin tətbiqinin əhəmiyyətindən danışıb, gələcəkdə burada Azərbaycan Evinin açılması təklifi ilə çıxış ediblər. DİDK rəhbərliyi ilə vaxtaşırı görüşlərin keçirilməsinin və diaspor üzvləri ilə müzakirələrin aparılmasının icmalaşma prosesinə müsbət təsiri də xüsusi vurğulanıb.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini və diaspor hərəkatında koordinasiyalı işin mahiyyətini əks etdirən videoçarxlar nümayiş olunub, icma üzvlərini maraqlandıran suallara cavab verilib, perspektivlə bağlı fikir mübadiləsi aparılıb.
Tədbir bədii hissə ilə yekunlaşıb.
Dubaydan gətirilən qızıl külçələri ölkəyə keçirən gömrükçülərin məhkəməsi başlayır
Piyada keçidinin tikintisinə görə Hava Limanı-Mərdəkan yolu bağlanacaq
AŞPA üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağa nə vaxt götürüləcək?
Daha bir cüdoçumuz Avropa çempionu olub
Göyçayda atasını döyərək öldürən oğulun məhkəməsi başlayır
İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatıb
“Yaşıl enerji məkanı” üzrə İşçi qrupunun növbəti iclası keçirilib
Şuşada "Vüqar Həşimov Memorialı-2024" turniri keçiriləcək
2024-cü ilin yayı tarixə ən isti mövsüm kimi düşdü
Ukraynaya daha güclü "F-16" donanması lazımdır-Zelenski
Sabah Bakıda 29° isti olacaq
Stoltenberq NATO ölkələrini Kiyevə daha çox hərbi yardım etməyə çağırıb
İlham Əliyev İtaliyanın “Ansaldo Energia” şirkətinin baş direktoru ilə görüşüb
Cənub Qaz Dəhlizi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir
İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda çıxış edib
İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır-İlham Əliyev
Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin döyüş hazırlığını yoxlayıb
İtaliyada 50-ci yubiley Çernobbio Forumu keçirilir
Bakıda “Hüquq və iqlim” adlı beynəlxalq konfrans keçirilir
"Formula 1" Azərbaycan Qran-Prisinin Akkreditasiya Mərkəzi fəaliyyətə başlayıb
DİM 500-ə yaxın şagird üçün əlavə imtahan keçirəcək
Azərbaycan nefti 78,33 dollara satılır
Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir
Azərbaycanın iki qadın cüdoçusu Avropa çempionu olub
“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb