Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar
Azərbaycan prezidenti İlham Əliyev və Rusiya Federasiyasının prezidenti Vladimir Putin avqustun 19-da Bakıda Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Dövlət başçılarına Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı barədə məlumat verən Bakı və Azərbaycan yepiskopu Aleksiy deyib:
-Hörmətli Vladimir Vladimiroviç, hörmətli İlham Heydər oğlu, sizi Bakı şəhərinin Kafedral kilsəsində salamlamağa şadam, bu, mənim üçün böyük şərəfdir. Üstəlik, bu gün İsa Peyğəmbərin mücəssəməsi günüdür.
Bu məbəd 2003-cü ildə azərbaycanlı mesenatların səyləri və Heydər Əlirza oğlu Əliyevin bilavasitə qayğısı ilə bərpa olunub və rəsmi olaraq açılıb. Bakı şəhərində məbədlərin bir çoxu Azərbaycan hökumətinin vəsaiti ilə bərpa edilib. Ona görə də Azərbaycanın bütün pravoslavları adından İlham Heydər oğluna təşəkkür etmək istəyirəm.
Prezident Vladimir Putin: Gözəldir. Sağ olun ki, dəstəkləyirsiniz.
Prezident İlham Əliyev: Bizim pravoslav vətəndaşlarımızın özlərini evlərindəki kimi hiss etmələrinə şadıq. Bu, hamının vahid dost ailə kimi yaşaması, dövlətimiz üçün böyük dəyərdir. Həm xristian, həm müsəlman, həm də yəhudi bayramlarını birlikdə keçiririk. Odur ki, burada belə bir vəhdət var.
Bildirilib ki, Bakı yeparxiyasının mərkəzi - Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı və ya “Jen Mironosits” pravoslav kafedral kilsəsi 1909-cu ildə memar M.Verjbitskinin layihəsi əsasında rus üslubunda, məşhur Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin şəxsi maddi yardımı və ianələr hesabına inşa edilib. Kilsənin açılışında o dövrün görkəmli siyasi və din xadimləri iştirak ediblər.
Kommunist rejimi dövründə məbəddən anbar kimi istifadə olunub, bir müddət sonra isə idmançıların ixtiyarına verilib.
Məbədin binası 1991-ci ildə Rus Pravoslav Kilsəsinin sərəncamına verilib və burada təmir-bərpa işləri aparılıb.
Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksiy Azərbaycana səfəri zamanı 2001-ci il mayın 27-də bu məbədi müqəddəs elan edib və ona baş kafedral kilsə statusu verib.
Azərbaycan və Rusiya prezidentləri kilsəyə xatirə hədiyyələri təqdim etdilər.
Dubaydan gətirilən qızıl külçələri ölkəyə keçirən gömrükçülərin məhkəməsi başlayır
Piyada keçidinin tikintisinə görə Hava Limanı-Mərdəkan yolu bağlanacaq
AŞPA üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağa nə vaxt götürüləcək?
Daha bir cüdoçumuz Avropa çempionu olub
Göyçayda atasını döyərək öldürən oğulun məhkəməsi başlayır
İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatıb
“Yaşıl enerji məkanı” üzrə İşçi qrupunun növbəti iclası keçirilib
Şuşada "Vüqar Həşimov Memorialı-2024" turniri keçiriləcək
2024-cü ilin yayı tarixə ən isti mövsüm kimi düşdü
Ukraynaya daha güclü "F-16" donanması lazımdır-Zelenski
Sabah Bakıda 29° isti olacaq
Stoltenberq NATO ölkələrini Kiyevə daha çox hərbi yardım etməyə çağırıb
İlham Əliyev İtaliyanın “Ansaldo Energia” şirkətinin baş direktoru ilə görüşüb
Cənub Qaz Dəhlizi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir
İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda çıxış edib
İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır-İlham Əliyev
Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin döyüş hazırlığını yoxlayıb
İtaliyada 50-ci yubiley Çernobbio Forumu keçirilir
Bakıda “Hüquq və iqlim” adlı beynəlxalq konfrans keçirilir
"Formula 1" Azərbaycan Qran-Prisinin Akkreditasiya Mərkəzi fəaliyyətə başlayıb
DİM 500-ə yaxın şagird üçün əlavə imtahan keçirəcək
Azərbaycan nefti 78,33 dollara satılır
Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir
Azərbaycanın iki qadın cüdoçusu Avropa çempionu olub
“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb