Rəqəmsal tələbə kartı istifadəyə verilir
Yeni tədris ilindən Azərbaycan Texniki Universitetinin tələbələri “mygov” platforması üzərindən tələbə biletlərini rəqəmsal formada təqdim edəcəklər.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) YeniAvropa-ya bildirilib ki, İRİA, Elm və Təhsil Nazirliyi və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşəbbüsü ilə rəqəmsal tələbə kartlarından istifadəyə start verilir. Belə ki, artıq AzTU tələbələri tələbə bileti məlumatlarını “mygov” tətbiqi üzərindən rəqəmsal formada təqdim edəcəklər. Növbəti tədris ilindən universitetə daxil olmaq, universitetdə imtahanlara giriş zamanı kimi bir çox hallar üçün rəqəmsal tələbə kartından istifadə nəzərdə tutulub.
Bunun üçün tələbə “mygov” tətbiqində öz hesabına daxil olaraq rəqəmsal sənədlərin təqdim olunduğu “kartlar” bölməsində tələbə məlumatlarını əks etdirən tələbə kartı ilə tanış ola bilər. Kartın üzərindəki “QR paylaş” düyməsinə klikləyərək və ya həmin bölmədə əks olunan unikal nömrəni təqdim edərək məlumatları digər tərəflərlə paylaşa bilərlər. Eyni zamanda, tələbə kartının PDF sənəd formatında paylaşılması da mümkündür. Qarşı tərəf isə bu məlumatları “mygov Checker” mobil tətbiqi və ya veb-platforması vasitəsilə yoxlaya biləcək.
Tələbə daha sonra “mygov” mobil tətbiqində “paylaşdığım məlumatlarım” bölməsində paylaşdığı məlumatların tarixçəsi ilə tanış ola bilər.
Qeyd edək ki, “mygov” rəqəmsal hökumət platforması İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təqdim olunur. Platforma dövlət və vətəndaş arasında vahid kommunikasiya kanalı yaradır və yeni nəsil rəqəmsal hökumət yanaşmasına dair funksionallıqları özündə birləşdirir.
Dubaydan gətirilən qızıl külçələri ölkəyə keçirən gömrükçülərin məhkəməsi başlayır
Piyada keçidinin tikintisinə görə Hava Limanı-Mərdəkan yolu bağlanacaq
AŞPA üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağa nə vaxt götürüləcək?
Daha bir cüdoçumuz Avropa çempionu olub
Göyçayda atasını döyərək öldürən oğulun məhkəməsi başlayır
İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatıb
“Yaşıl enerji məkanı” üzrə İşçi qrupunun növbəti iclası keçirilib
Şuşada "Vüqar Həşimov Memorialı-2024" turniri keçiriləcək
2024-cü ilin yayı tarixə ən isti mövsüm kimi düşdü
Ukraynaya daha güclü "F-16" donanması lazımdır-Zelenski
Sabah Bakıda 29° isti olacaq
Stoltenberq NATO ölkələrini Kiyevə daha çox hərbi yardım etməyə çağırıb
İlham Əliyev İtaliyanın “Ansaldo Energia” şirkətinin baş direktoru ilə görüşüb
Cənub Qaz Dəhlizi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir
İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda çıxış edib
İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır-İlham Əliyev
Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin döyüş hazırlığını yoxlayıb
İtaliyada 50-ci yubiley Çernobbio Forumu keçirilir
Bakıda “Hüquq və iqlim” adlı beynəlxalq konfrans keçirilir
"Formula 1" Azərbaycan Qran-Prisinin Akkreditasiya Mərkəzi fəaliyyətə başlayıb
DİM 500-ə yaxın şagird üçün əlavə imtahan keçirəcək
Azərbaycan nefti 78,33 dollara satılır
Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir
Azərbaycanın iki qadın cüdoçusu Avropa çempionu olub
“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb