Bakıda dünya metropolitenlərinin konfransı keçiriləcək
2025-ci ildə Bakıda dünya metropolitenlərinin konfransı təşkil ediləcək. Avqustun 16-da ilk beynəlxalq konfransın təşkilati məsələlərinin həlli ilə bağlı “Bakı Metropoliteni” QSC və “Metro İstanbul” arasında anlaşma memorandumu imzalanıb.
YeniAvropa xəbər verir ki, sənədi “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov və “Metro İstanbul”un baş direktoru Özğür Soy imzalayıblar.
Zaur Hüseynov bildirib ki, Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətləri keyfiyyətcə yeni müstəviyə çıxıb.
“Bakı və İstanbul metrosu arasında 2015-ci ildən qarşılıqlı əlaqələr intensiv şəkildə davam etdirilir. Əldə olunmuş nailiyyətlər bundan sonra dünyanın digər metropolitenlərinin cəlb edilməsi ilə yeni müstəviyə keçə bilər”, - deyə Z.Hüseynov qeyd edib.
Qeyd olunub ki, konfransın gələcəkdə bütün metropolitenlər üçün ən uğurlu platformaya çevrilməsi üçün birgə planlar üzərində işlər aparılacaq.
“Metro İstanbul”un rəhbəri Özgür Soy tədbirin gələcək uğuruna inandığını qeyd edib. O, iki qardaş ölkə metropolitenlərinin birlikdə dünya metropolitenlərinə yeni və uğurlu platforma təqdim edə biləcəyini deyib. Özgür Soy diqqətə çatdırıb ki, “Bakı Metropoliteni” QSC-nin zəngin təcrübəsi və keyfiyyətli texniki xidməti, təşkilati məsələlər, İstanbul metrosunda tətbiq edilən texnoloji yeniliklər, Azərbaycan və Türkiyə müəssisələrinin inkişaf edən potensial istehsal imkanlarının daha geniş miqyasda yayılması baxımından, birgə layihələrin inkişaf etdirilməsinə təkan olacaq. Eyni zamanda o, bu layihənin istehsalçılarla metropolitenlər arasında bir körpü rolunu oynayacağına əminliyini ifadə edib.
Sonra media üçün tədbirin təqdimatı keçirilib. Qeyd olunub ki, 2024-cü ilin əvvəlində Bakı və İstanbul metropolitenləri arasında irəli sürülmüş ideya ətrafında fikir və təcrübə mübadiləsinə başlanılıb və təşkilati məsələlərə dair müzakirələr aparılıb. Tədbirin “Metrokonnekt” (MetroConnect) adlandırılması qərara alınıb. İlk tədbirin Bakıda keçirilməsi barədə razılıq əldə olunub. İlk tədbirdən sonra növbəti konfransın keçirilmə yeri və tarixi müzakirəyə çıxarılacaq.
Aparılan araşdırmalar əsasında bu sahədə metropolitenlər üçün ən zəruri məsələlərin və problemlərin birgə həlli, perspektivlərin, yeniliklərin, xüsusən də innovativ təkliflərin müzakirə olunmasına ehtiyac duyulduğu məlum olub. Konfransın gündəliyində inşaat, vaqon yığılması və təmiri, metropolitenin qurğu, avadanlıq və sistemləri ilə bağlı son nailiyyətlər, innovativ texnologiyalar, süni zəkanın rolu, təmir və xidmət zamanı əsas problemlər, o cümlədən standartlar və təhlükəsizlik, sərnişin məmnunluğu sahəsindəki təcrübə mübadiləsi, elmi-tədqiqat uğurları və s. mövzular xüsusi yer alacaq.
Konfransın təkcə metropolitenlər deyil, eyni zamanda istehsalçılar, habelə elmi-tədqiqat və təhsil müəssisələri üçün marağı nəzərə alınaraq, sərgi və Bakı metrosunda tətbiq edilmiş innovasiyaların, metropolitenlər üçün mühüm əhəmiyyət kəsb edən digər vacib məsələlərə dair ekskursiyaların təşkili nəzərdə tutulub.
Konfransda istehsalçılar və elm, təhsil və tədqiqat sahələri mütəxəssislərinə də yer ayrılacaq. Bakıda bütün iştirakçıların maraqlarına uyğun müzakirələr, ikitərəfli görüşlər, müxtəlif təşkilatlar üçün açıq platformalar və uyğun şərait yaradılacaq. Tədbir aktual məsələlərə uyğun bir neçə müzakirə panelindən ibarət olmaqla iki gün ərzində davam etdiriləcək.
Qeyd edək ki, “Metro İstanbul” nümayəndələrinin Bakıya səfəri iki gün davam edib. Bu müddətdə sazişin əsas məqamları, görülmüş işlər, qarşıdakı planlar və vəzifələr müzakirə olunub.
Dubaydan gətirilən qızıl külçələri ölkəyə keçirən gömrükçülərin məhkəməsi başlayır
Piyada keçidinin tikintisinə görə Hava Limanı-Mərdəkan yolu bağlanacaq
AŞPA üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağa nə vaxt götürüləcək?
Daha bir cüdoçumuz Avropa çempionu olub
Göyçayda atasını döyərək öldürən oğulun məhkəməsi başlayır
İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatıb
“Yaşıl enerji məkanı” üzrə İşçi qrupunun növbəti iclası keçirilib
Şuşada "Vüqar Həşimov Memorialı-2024" turniri keçiriləcək
2024-cü ilin yayı tarixə ən isti mövsüm kimi düşdü
Ukraynaya daha güclü "F-16" donanması lazımdır-Zelenski
Sabah Bakıda 29° isti olacaq
Stoltenberq NATO ölkələrini Kiyevə daha çox hərbi yardım etməyə çağırıb
İlham Əliyev İtaliyanın “Ansaldo Energia” şirkətinin baş direktoru ilə görüşüb
Cənub Qaz Dəhlizi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir
İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda çıxış edib
İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır-İlham Əliyev
Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin döyüş hazırlığını yoxlayıb
İtaliyada 50-ci yubiley Çernobbio Forumu keçirilir
Bakıda “Hüquq və iqlim” adlı beynəlxalq konfrans keçirilir
"Formula 1" Azərbaycan Qran-Prisinin Akkreditasiya Mərkəzi fəaliyyətə başlayıb
DİM 500-ə yaxın şagird üçün əlavə imtahan keçirəcək
Azərbaycan nefti 78,33 dollara satılır
Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir
Azərbaycanın iki qadın cüdoçusu Avropa çempionu olub
“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb