Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparan kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avstriyaya yola düşüb.
Azərbaycan Voleybol Federasiyasından YeniAvropa-ya verilən məlumata görə, baş məşqçi Fərid Cəlalov yığmaya 14 oyunçu cəlb edib.
Milli komandanın heyəti:
Hücumçular: Vüqar Bayramov, Andrey Melnikov, Cavid Əzimov, Yusif Bünyatov, Aslan Həmidov, Ruslan Əliyev
Blokçular: Elmin Alışanov, Mərdan Məmmədov, Ramazan Ağabəyov
Toppaylayıcılar: Roman Qurskiy, Əmirmehdi Ablou, Vüsal Rüstəmov
Liberolar: Kənan Allahverdiyev, Nihad Qasımov
Baş məşqçi: Fərid Cəlalov
Köməkçi məşqçilər: Akif Vəliyev, Ülvi Rəcəbli
Qeyd edək ki, B qrupunda yer alan Azərbaycan komandası ilk matçını avqustun 17-də Avstriya yığmasına qarşı keçirəcək. Təsnifat mərhələsindəki növbəti oyun isə avqustun 24-də Bakıda Belçika seçməsinə qarşı olacaq.