U-17 güləş yığmamız dünya çempionatına yollanıb
17 yaşadək güləşçilərdən ibarət Azərbaycan yığmaları İordaniyanın Amman şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcəklər.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından bildirilib. Qeyd edilib ki, çempionatın ilk günlərində yunan-Roma güləşi üzrə yarışa start veriləcək. Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında Şahid Nəbiyev (45 kiloqram), Əmrah Əmrahov (48 kiloqram), Turan Daşdəmirov (51 kiloqram), Əli Nəzərov (55 kiloqram), Ayxan Cavadov (60 kiloqram), Emil Abdullayev (65 kiloqram), Yusif Əhmədli (71 kiloqram), Orxan Hacıyev (80 kiloqram), Səid Paşayev (92 kiloqram) və Abdullah Həsənov (110 kiloqram) uğur qazanmağa çalışacaq.
Daha sonra böyük məşqçi Rövşən Umudov və məşqçi Həsrət Məmmədyarovun yetirmələri mübarizəyə qoşulacaq. Qızlardan ibarət komandada Nəzrin Əhmədli (40 kiloqram), Esra Məmmədli (49 kiloqram), Fatimə Bayramova (53 kiloqram), Fidan Babayeva (57 kiloqram), Günay Qurbanova (61 kiloqram) və Zəhra Kərimzadə (69 kiloqram) yer alıb.
Dünya çempionatının son günlərində sərbəst güləşçilər xalçaya çıxacaq. Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Rəvan Həsənzadə (45 kiloqram), Hacıhüseyn Əhmədzadə (48 kiloqram), Muhəmməd İsmayılov (51 kiloqram), Hüseyn Hüseynov (55 kiloqram), Hüseyn İsmayılov (60 kiloqram), İsa Yusibov (65 kiloqram), Nihad Abasov (71 kiloqram), Məhəmməd Abbaszadə (80 kiloqram), Fərhad Süleymanlı (92 kiloqram) və Muxamad Qantemirov (110 kiloqram) ölkəmizi təmsil edəcək.
Görüşlər hər gün Bakı vaxtı ilə saat 09:30-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 17:00-da start götürəcək.
Dünya çempionatında I dərəcəli hakimlərimizdən Tural Əliyev və Həbib Nurulu ədaləti qoruyacaq.
Qeyd edək ki, dünya çempionatı avqustun 19-dan 25-dək keçiriləcək. Cari ilin ilk mundialında 576 yeniyetmənin iştirakı gözlənilir.
Sabah Bakıda qısamüddətli yağış yağacaq,29° isti olacaq
Avropa Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
Göygöldə Moruq festivalı keçirilir
Fatma Səttarova 102 yaşında vəfat edib
Azərbaycan nefti 76,30 dollara satılır
Gəncədə 18 yaşlı qadını bıçaqladılar
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb
İlham Əliyev “Xaqani” bağında aparılan abadlıq işləri ilə tanış olub
Bərdə-Xankəndi müntəzəm avtobus reysi fəaliyyətə başlayıb
7 ayda Azərbaycanda 58 mindən çox körpə doğulub
MSK Vəfa Nağıya görə 6 məntəqədə səsvermənin nəticələri ləğv etdi
Azərbaycanda əhalinin sayı 10 milyon 204 min nəfəri ötüb
“Bakcell”in stendi Formula 1 azarkeşlərinin diqqət mərkəzində
MSK müsavatçı Mustafa Hacılının müraciətini əsassız sayıb
DİM sentyabrın 8-dəki buraxılış imtahanların nəticələrini açıqlayıb
İlham Əliyev “Vista Equity Partners” şirkətinin rəhbərini qəbul edib
Bakı metrosu payız-qış mövsümünə keçir
İlham Əliyev “Gulfstream Aerospace” şirkətinin prezidentini qəbul edib
"Formula 1 Azərbaycan Qran-Prisi: “Ferrari”nin pilotu qəza törədib
Sabah Bakıda 30° isti olacaq,bəzi bölgələrdə yağış və qar yağacaq
Azərbaycan Rusiyayanın əsas kənd təsərrüfatı məhsulları ixracatçısıdır
Sabahdan Bərdə-Xankəndi avtobus reysi açılır:Bilet 2,80 manatdır
Bakıda IV Su İnnovasiya Forumu keçiriləcək
Rusiya cəsusluq adı ilə 6 britaniyalı diplomatı ölkədən çıxarır
Oğuzda narkokuryerlik edən şəxslər saxlanılıblar