Məzahir Pənahov MDB-nin nümayəndə heyəti ilə görüşüb
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov avqustun 13-də Milli Məclisə qarşıdan gələn seçkiləri izləmək üçün ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyi(MDB) baş katibinin müavini Nurlan Seytimovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
YeniAvropa xəbər verir ki, M.Pənahov Milli Məclisə seçkilər ərəfəsində keçirilən görüşdən məmnunluğunu bildirib. O, rəhbərlik etdiyi qurumun daim şəffaf fəaliyyət göstərdiyini, əməkdaşlığa açıq olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əlaqələrə mühüm əhəmiyyət verən MSK münasibətləri bundan sonra da davam etdirmək və daha da dərinləşdirmək niyyətindədir.
MDB baş katibinin müavini N.Seytimov kifayət qədər sıx iş qrafikinə rəğmən, görüş üçün vaxt ayırdığına və səmimi qəbula görə MSK sədrinə minnətdarlığını ifadə edib. Nümayəndə heyətinin rəhbəri MDB missiyasının uzunmüddətli müşahidəçilərinin artıq fəaliyyətə başladığını, paytaxt Bakıda və regionlarda seçkilərə hazırlığı yaxından izlədiklərini deyib.
MSK sədri Milli Məclisə seçkilərin ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçirildiyini diqqətə çatdırıb, seçki komissiyalarının fəaliyyət prinsipləri, müxtəlif statuslu seçki iştirakçılarını əhatə edən genişmiqyaslı maarifləndirmə layihələri, seçici siyahılarının dəqiqləşdirilməsi istiqamətində atılan addımlar və son hazırlıq işlərindən danışıb, eləcə də beynəlxalq müşahidəçilərin suallarını cavablandırıb.
MDB baş katibinin müavini Milli Məclisə seçkilərin qanunvericiliyin tələblərinə uyğun azad, ədalətli, şəffaf keçəcəyinə və Azərbaycanın gələcək inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
Görüş çərçivəsində, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.
Dubaydan gətirilən qızıl külçələri ölkəyə keçirən gömrükçülərin məhkəməsi başlayır
Piyada keçidinin tikintisinə görə Hava Limanı-Mərdəkan yolu bağlanacaq
AŞPA üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağa nə vaxt götürüləcək?
Daha bir cüdoçumuz Avropa çempionu olub
Göyçayda atasını döyərək öldürən oğulun məhkəməsi başlayır
İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatıb
“Yaşıl enerji məkanı” üzrə İşçi qrupunun növbəti iclası keçirilib
Şuşada "Vüqar Həşimov Memorialı-2024" turniri keçiriləcək
2024-cü ilin yayı tarixə ən isti mövsüm kimi düşdü
Ukraynaya daha güclü "F-16" donanması lazımdır-Zelenski
Sabah Bakıda 29° isti olacaq
Stoltenberq NATO ölkələrini Kiyevə daha çox hərbi yardım etməyə çağırıb
İlham Əliyev İtaliyanın “Ansaldo Energia” şirkətinin baş direktoru ilə görüşüb
Cənub Qaz Dəhlizi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir
İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda çıxış edib
İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır-İlham Əliyev
Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin döyüş hazırlığını yoxlayıb
İtaliyada 50-ci yubiley Çernobbio Forumu keçirilir
Bakıda “Hüquq və iqlim” adlı beynəlxalq konfrans keçirilir
"Formula 1" Azərbaycan Qran-Prisinin Akkreditasiya Mərkəzi fəaliyyətə başlayıb
DİM 500-ə yaxın şagird üçün əlavə imtahan keçirəcək
Azərbaycan nefti 78,33 dollara satılır
Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir
Azərbaycanın iki qadın cüdoçusu Avropa çempionu olub
“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb