Bu il Qəbələyə 37 mindən artıq xarici turist səfər edib
Cari ilin yanvar-iyul aylarında Qəbələ rayonundakı hotel və mehmanxana tipli müəssisələrə 58 min 871 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 21 min 225 nəfəri və ya 36,1 faizi Azərbaycan, 37 min 646 nəfəri və ya 63,9 faizi xarici ölkə vətəndaşı olub.
YeniAvropa xəbər verir ki, bu barədə Qəbələ rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, yanvar-iyul aylarında Qəbələnin hotel və mehmanxana tipli müəssisələrinə yerləşdirilən yerli və əcnəbi turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11 min 662 nəfər və ya 24,7 faiz artıb. Yeddi ayda yerli turistlərin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 1911 nəfər və ya 8,2 faiz azalsa da, əcnəbi turistlərin sayında 13 min 573 nəfər və ya 56,4 faiz artım qeydə alınıb.
Cari ilin yanvar-iyul aylarında Qəbələyə gələn əcnəbi turistlər arasında Hindistan vətəndaşları əvvəlki aylarda olduğu kimi, yenə də üstünlük təşkil ediblər. Belə ki, yeddi ayda bu ölkənin 16 min 965 vətəndaşı Qəbələdə olub. Ümumiyyətlə, yanvar-iyul aylarında Qəbələyə Səudiyyə Ərəbistanından 7594, Birləşmiş Ərəb Əmirliklərindən 2968, Küveytdən 1669, Pakistandan 1299, Gürcüstandan 1121, Rusiyadan 693, Omandan 648, Qətərdən 616, İsraildən 354, Türkiyədən 206, Böyük Britaniyadan 173, Bəhreyndən 171, ABŞ-dan isə 151 turist səfər edib. Bundan əlavə, həmin müddətdə Qəbələyə digər ölkələrdən də xeyli sayda əcnəbi turist gəlib.
Yeddi ayda Qəbələ rayonu ərazisində yerləşən 18 mehmanxana və mehmanxana tipli müəssisədən 16-sı fəaliyyət göstərib. Bir gün Qəbələdə birgünlük qonaqlamaq üçün orta qiymət 54,9 manat təşkil edib. Turistlərin qonaqlama müddəti 1-2 gün olub. Bu müddətdə turizm obyektlərində 999 işçi çalışıb.
Sabah Bakıda qısamüddətli yağış yağacaq,29° isti olacaq
Avropa Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
Göygöldə Moruq festivalı keçirilir
Fatma Səttarova 102 yaşında vəfat edib
Azərbaycan nefti 76,30 dollara satılır
Gəncədə 18 yaşlı qadını bıçaqladılar
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb
İlham Əliyev “Xaqani” bağında aparılan abadlıq işləri ilə tanış olub
Bərdə-Xankəndi müntəzəm avtobus reysi fəaliyyətə başlayıb
7 ayda Azərbaycanda 58 mindən çox körpə doğulub
MSK Vəfa Nağıya görə 6 məntəqədə səsvermənin nəticələri ləğv etdi
Azərbaycanda əhalinin sayı 10 milyon 204 min nəfəri ötüb
“Bakcell”in stendi Formula 1 azarkeşlərinin diqqət mərkəzində
MSK müsavatçı Mustafa Hacılının müraciətini əsassız sayıb
DİM sentyabrın 8-dəki buraxılış imtahanların nəticələrini açıqlayıb
İlham Əliyev “Vista Equity Partners” şirkətinin rəhbərini qəbul edib
Bakı metrosu payız-qış mövsümünə keçir
İlham Əliyev “Gulfstream Aerospace” şirkətinin prezidentini qəbul edib
"Formula 1 Azərbaycan Qran-Prisi: “Ferrari”nin pilotu qəza törədib
Sabah Bakıda 30° isti olacaq,bəzi bölgələrdə yağış və qar yağacaq
Azərbaycan Rusiyayanın əsas kənd təsərrüfatı məhsulları ixracatçısıdır
Sabahdan Bərdə-Xankəndi avtobus reysi açılır:Bilet 2,80 manatdır
Bakıda IV Su İnnovasiya Forumu keçiriləcək
Rusiya cəsusluq adı ilə 6 britaniyalı diplomatı ölkədən çıxarır
Oğuzda narkokuryerlik edən şəxslər saxlanılıblar