logo

Gənclərin xaricdə təhsilinə  dair Dövlət Proqramının müddəti uzadılır

15:15 12-08-2024 | icon 2415
Gənclərin xaricdə təhsilinə  dair Dövlət Proqramının müddəti uzadılır

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramının müddəti 2028-ci ilədək uzadılır.

YeniAvropa xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli avqustun 12-də keçirilən brifinqdə söyləyib. O qeyd edib ki, bu, müvafiq müddət ərzində Azərbaycanın istedadlı gənclərinin xarici ölkələrin nüfuzlu universitetlərində şərait yaratmış olur.

Xatırladaq ki, avqustun 12-də prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamında dəyişiklik edilib.