Xəzər Günündə “Sıfır Tullantı” həmrəylik marafonu keçirilib
Korporativ Sosial Məsuliyyət layihələri ilə vaxtaşırı gündəmə gələn “Qırmızı Ürəklər Fondu”nun budəfəki təşəbbüsü 12 avqust “Xəzər Günü”ndə reallaşıb.
YeniAvropa xəbər verir ki, fond “Kapital Bank”ın 150 illik yubileyi münasibətilə “Sıfır tullantı” Həmrəylik Marafonuna start verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Kapital Bank”ın tərəfdaşlığı ilə baş tutan marafon Lənkəran şəhərində həyata keçirilib. Xəzər dənizinin sahilyanı ərazilərinin təmizlənməsinə “Kapital Bank”ın Lənkəran-Astara iqtisadi rayonlarını əhatə edən filial şəbəkələrindən 70 nəfər əməkdaş könüllü olaraq qoşulub. Nəticədə ərazi 628 kiloqram həcmində plastik və digər məişət tullantılarından təmizlənib.
Layihənin həyata keçirilməsində məqsəd dəniz sahillərinin, dağ, meşə ərazilərinin tullantılardan təmizlənməsi, cəmiyyətdə ətraf mühitə qarşı həssaslığı artırmaq və ekoloji maarifləndirməni gücləndirməkdir. Marafon çərçivəsində baş tutan tədbirdə fikirlərini bölüşən “Qırmızı Ürəklər Fondu”nun prezidenti Yusif Poladov layihədə iştirak edən təbiətsevərlərə təşəkkür edib: “Bu təşəbbüslər davamlı olmalıdır. Dünyamızın, ölkəmizin bizim və gələcək nəsillərin sağlam gələcəyi üçün həmrəy olmağımız şərtdir. Biz fond olaraq bu mövzuda olan bütün layihələrdə yer almağa çalışır və hər kəsi ekologiyanın qorunmasına dəstək olmağa, ən azı öz üzərinə düşən məsuliyyəti dərk edərək ətraf mühiti qorumağa çağırırıq”.
Xatırladaq ki, Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası 2006-cı il 12 avqust tarixində qüvvəyə mindikdən sonra hər il bu tarix “Xəzər Günü” kimi qeyd olunur. Konvensiya Xəzəryanı dövlətlər arasında təbiəti mühafizə şərtlərinin əks olunduğu ilk hüquqi sazişdir.
Qeyd edək ki, “Red Hearts” – “Qırmızı Ürəklər Fondu” 2019-cu ildə “Kapital Bank”ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.
Dubaydan gətirilən qızıl külçələri ölkəyə keçirən gömrükçülərin məhkəməsi başlayır
Piyada keçidinin tikintisinə görə Hava Limanı-Mərdəkan yolu bağlanacaq
AŞPA üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağa nə vaxt götürüləcək?
Daha bir cüdoçumuz Avropa çempionu olub
Göyçayda atasını döyərək öldürən oğulun məhkəməsi başlayır
İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatıb
“Yaşıl enerji məkanı” üzrə İşçi qrupunun növbəti iclası keçirilib
Şuşada "Vüqar Həşimov Memorialı-2024" turniri keçiriləcək
2024-cü ilin yayı tarixə ən isti mövsüm kimi düşdü
Ukraynaya daha güclü "F-16" donanması lazımdır-Zelenski
Sabah Bakıda 29° isti olacaq
Stoltenberq NATO ölkələrini Kiyevə daha çox hərbi yardım etməyə çağırıb
İlham Əliyev İtaliyanın “Ansaldo Energia” şirkətinin baş direktoru ilə görüşüb
Cənub Qaz Dəhlizi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir
İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda çıxış edib
İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır-İlham Əliyev
Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin döyüş hazırlığını yoxlayıb
İtaliyada 50-ci yubiley Çernobbio Forumu keçirilir
Bakıda “Hüquq və iqlim” adlı beynəlxalq konfrans keçirilir
"Formula 1" Azərbaycan Qran-Prisinin Akkreditasiya Mərkəzi fəaliyyətə başlayıb
DİM 500-ə yaxın şagird üçün əlavə imtahan keçirəcək
Azərbaycan nefti 78,33 dollara satılır
Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir
Azərbaycanın iki qadın cüdoçusu Avropa çempionu olub
“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb