logo

Avqustda 40 dövlət əmlakı hərraca çıxarılacaq

18:48 08-08-2024 | icon 861
Avqustda 40 dövlət əmlakı hərraca çıxarılacaq

Avqustun 16-da keçiriləcək hərraca “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatının balansında olan fərdi yaşayış evi və 15 torpaq sahəsi çıxarılıb.

Əmlak Məsələləri Dövlət Xidmətindən YeniAvropa-ya bildirilib ki, növbəti tarixdə keçiriləcək hərraca 20 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 1990-2008-ci illəri əhatə edir.

Avqustun 27-də keçiriləcək hərracda isə alıcılar 4 avtomobilə sahib ola bilərlər. Avtomobillərin buraxılış tarixləri 2006-2013-cü illəri əhatə edir.