Diaspor Gənclərinin V Yay Düşərgəsi başa çatıb
Laçında təşkil olunmuş “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi bağlanış mərasimi keçirilib.
Komitədən YeniAvropa-ya verilən məlumata görə, əvvəlcə V Yay Düşərgəsinin qısa xülasəsini əks etdirən videoçarx nümayiş olunub.
Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev çıxış edərək, V Yay Düşərgəsinin Azərbaycanın dilbər guşələrindən olan Laçında keçirilməsinin önəmindən danışıb və bu düşərgənin gənclərin yaddaşında silinməz izlər buraxacağına inandığını bildirib. Laçının ilk dəfə dünyanın 60 ölkəsindən gələn qonağa ev sahibliyi etdiyini vurğulayıb.
Ənənə halını alan yay düşərgələrinin xaricdə yaşayan azərbaycanlı gənclərin vətənlə əlaqələrini möhkəmlətmək, öz soykökünə, mədəniyyətinə bağlılığını qoruyub saxlamaq məqsədi daşıdığını söyləyən E.Əliyev, gəncləri diaspor fəaliyyətində və Azərbaycan həqiqətlərinin təbliğində fəal olmağa çağırıb.
Sədr müavini bu cür tədbirlərin vətənpərvər gənclərin informasiya müharibəsində üstünlük qazanmasında, dezinformasiyaların qarşısının alınmasında çox ciddi rol oynadığını diqqətə çatdırıb.
Daha sonra çıxış edən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev düşərgənin Laçında keçirilməsinin böyük əhəmiyyət daşıdığını vurğulayıb və bildirib ki, belə bir tədbir - dünyanın 60 ölkəsindən 115 gəncin Laçında olması, düşərgədə iştirak etməsi çox qürurverici hadisədir. O, bu cür tədbirlərin gələcəkdə də Laçında keçiriləcəyinə ümidini ifadə edib.
Sonda düşərgə iştirakçılarına sertifikatlar, breyn rinq və futbol oyunlarının qaliblərinə mükafatlar təqdim olunub.
Qeyd edək ki, avqustun 1-dən 7-dək davam edən və diaspor tarixinin mühüm layihələrindən hesab olunan Diaspor Gənclərinin V Yay Düşərgəsində dünyanın 60 ölkəsindən 115 gənc iştirak edib. Onların sırasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri yer alıb.
Dubaydan gətirilən qızıl külçələri ölkəyə keçirən gömrükçülərin məhkəməsi başlayır
Piyada keçidinin tikintisinə görə Hava Limanı-Mərdəkan yolu bağlanacaq
AŞPA üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağa nə vaxt götürüləcək?
Daha bir cüdoçumuz Avropa çempionu olub
Göyçayda atasını döyərək öldürən oğulun məhkəməsi başlayır
İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatıb
“Yaşıl enerji məkanı” üzrə İşçi qrupunun növbəti iclası keçirilib
Şuşada "Vüqar Həşimov Memorialı-2024" turniri keçiriləcək
2024-cü ilin yayı tarixə ən isti mövsüm kimi düşdü
Ukraynaya daha güclü "F-16" donanması lazımdır-Zelenski
Sabah Bakıda 29° isti olacaq
Stoltenberq NATO ölkələrini Kiyevə daha çox hərbi yardım etməyə çağırıb
İlham Əliyev İtaliyanın “Ansaldo Energia” şirkətinin baş direktoru ilə görüşüb
Cənub Qaz Dəhlizi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir
İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda çıxış edib
İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır-İlham Əliyev
Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin döyüş hazırlığını yoxlayıb
İtaliyada 50-ci yubiley Çernobbio Forumu keçirilir
Bakıda “Hüquq və iqlim” adlı beynəlxalq konfrans keçirilir
"Formula 1" Azərbaycan Qran-Prisinin Akkreditasiya Mərkəzi fəaliyyətə başlayıb
DİM 500-ə yaxın şagird üçün əlavə imtahan keçirəcək
Azərbaycan nefti 78,33 dollara satılır
Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir
Azərbaycanın iki qadın cüdoçusu Avropa çempionu olub
“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb