logo

Ermənistan KTMT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcək

23:12 21-11-2023 | icon 2499
Ermənistan KTMT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcək

Ermənistanın nümayəndələri KTMT Xarici İşlər Nazirləri Şurasının noyabrın 22-də Minskdə keçiriləcək iclasında iştirak etməyəcəklər.

YeniAvropa xəbər verir ki, bu barədə "TASS" agentliyi məlumat yayıb.

Mənbənin verdiyi məlumata görə, Ermənistan iclasda nazir müavini səviyyəsində də təmsil olunmayacaq.

Bundan əvvəl Ermənistan XİN məlumat vermişdi ki, xarici işlər naziri Ararat Mirzoyan KTMT çərçivəsində noyabrın 22-23-də Minskdə keçiriləcək görüşlərə getməyəcək.