logo

Azərbaycana təzyiq göstərən dairələr Türkiyəni nəzərə almalıdır-Bekir Bozdağ

20:20 21-11-2023 | icon 581
Azərbaycana təzyiq göstərən dairələr Türkiyəni nəzərə almalıdır-Bekir Bozdağ

Azərbaycanla bağlı yanlış dəyərləndirmələr olub və hazırda da mövcuddur. Çünki müstəqillik qazandıqdan sonra Azərbaycanın gücü, əldə etdiyi inkişaf görməzdən gəlinirdi. Qarabağ müharibəsindən sonra isə ABŞ, Fransa, Ermənistan və digərləri Azərbaycanın əsl gücünü gördülər.

Bu gün Azərbaycan və Türkiyə əvvəlkindən daha güclüdür. Azərbaycanın güclü iqtisadiyyatı var, ölkədə siyasi sabitlik və həmrəylik hökm sürür. Azərbaycan müdafiə sənayesi sahəsində yaxşı nəticələr əldə edib və qüdrətli orduya sahibdir.

YeniAvropa xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisi sədrinin müavini Bekir Bozdağ yerli KİV-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycana təzyiq göstərən dairələr Türkiyəni nəzərə almalıdır. Çünki Türkiyə hər zaman Azərbaycanın yanındadır. Əgər onlar Türkiyəni görməzdən gəlsələr, öz ziyanlarına olacaq. Belə ki, Türkiyəyə qarşı terroru dəstəkləyənlər, mübarizə aparanlar məğlub oldular. Onların içərisində ABŞ və Avropa dövlətləri də var. Artıq onların Azərbaycanı və Türkiyəni təhdid edəcək gücləri yoxdur. Çünki Azərbaycan və Türkiyə keçmişlə müqayisə edilməyəcək gücə, qüdrətə sahib olub.

"Qarabağ məsələsi Azərbaycanın Qələbəsi ilə yekunlaşıb. Kimsə fikirləşirsə ki, geriyə dönüş var, Azərbaycan buna imkan verməyəcək, artıq hər şey həll olunub.

Ermənistanla sülh sazişi Azərbaycanın Qələbəsi, Zəfəri əsasında tənzimlənməli, o istiqamətdə imzalanmalıdır. Digər mövzularda olduğu kimi, sülh məsələsində də Türkiyə Azərbaycanın yanında olacaq”,- deyə Bekir Bozdağ vurğulayıb.