Bakıda İƏT ölkələri əmək nazirlərinin konfransı keçirilir
Bu gün Bakı Konqres Mərkəzində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv Dövlətlərin Əmək Nazirlərinin 5-ci Konfransı öz işinə başlayıb. Konfransın nazirlər sessiyasına hazırlıq iclası keçirilir.
YeniAvropa xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, iclas müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.
İƏT əmək nazirlərinin 4-cü konfransının sədri Səudiyyə Ərəbistanı Krallığının İnsan Resursları və Sosial İnkişaf Nazirliyinin nümayəndəsi Adnan Abdulla Al Nuaim iclası giriş sözü ilə açaraq konfransın üzv ölkələr arasında əlaqələrin inkişafında önəmini qeyd edib.
Sonra səsvermə ilə İƏT əmək nazirlərinin 5-ci konfransına sədrlik Azərbaycan Respublikasına həvalə olunub.
Konfransın sədri seçilən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov göstərilən etimada görə iştirakçılara təşəkkür edib və toplantının işinə uğurlar arzulayıb.
O, İslam ölkələri arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əlaqələrin genişlənməsində İƏT-ə üzv ölkələrin əmək nazirləri konfranslarının xüsusi əhəmiyyətini, hazırkı konfransın da bu istiqamətdə növbəti irəliləyişə hədəfləndiyini vurğulayıb. Nazir müavini gənclərin sayına görə İƏT-ə üzv ölkələrin dünya ölkələri arasında ön sıralarda olduğunu və həmin ölkələrdə gənclərin məşğulluğunun təminatının aparılan siyasətlərin əsas istiqamətlərindən birini təşkil etdiyini bildirib.
A.Kərimov işsizliyin aradan qaldırılmasında insan kapitalının inkişafının, potensialın gücləndirilməsinin, rəqəmsal inkişafın, yüksək texnologiyaların geniş tətbiqinin xüsusi önəmini və bu mövzuların hazırkı konfrans üçün də aktual ola biləcəyini qeyd edib.
İclasda İƏT Baş katibinin İqtisadi məsələlər üzrə müavini Əhməd Sengendo çıxış edib. Sonra ilk işçi sessiya çərçivəsində iclasın gündəliyi və proqramı qəbul edilib. Konfransın qətnamələri və İƏT Əmək Bazarı strategiyasının icrası ilə bağlı təqdimatlar edilib, müzakirələr aparılıb.
Bu gün iclasda, həmçinin İƏT-in Bakıda fəaliyyətə başlayacaq Əmək Mərkəzinin Baş Assambleyasının açılış sessiyasına hazırlıq iclası keçiriləcək, Baş Assambleyanın sədr və sədr müavinləri, Əmək Mərkəzinin İdarəetmə Şurasının sədri və sədr müavinləri, Şura üzvləri, İƏT Əmək Mərkəzinin Baş direktoru seçiləcək.
UEFA Rusiyanı Millətlər Liqasından kənarlaşdırıb
Bakıda keçirilən güləş üzrə dünya çempionatına yekun vurulub
İstanbulda İƏT-in Daimi Komitəsinin Nazirlər Toplantısı keçirilir
Minifutbol çempionatında yeni mövsümün püşkü atılıb
Paytaxt sakini “Kalaşnikov” avtomatı ilə saxlanılıb
COP28: 20 ölkə nüvə enerjisini üç dəfə artırmağa çağırıb
Sabah Bakıda 22° isti olacaq
ABŞ Yaşıl İqlim Fonduna 3 milyard dollar ayıracaq
Sahibə Qafarova Çexiya Senatının sədri ilə görüşüb
Almaniyada əlverişsiz havaya görə "Bavariya"nın oyunu təxirə salınıb
İlham Əliyev Laos prezidentini təbrik edib
Praqada Azərbaycan və Çexiya
parlament sədrlərinin görüşü olub
Dünya çempionatı:Bu gün 5 güləşçimiz xalça üzərinə çıxacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb
Paytaxtda “Kalaşnikov” avtomatı satan şəxs saxlanılıb
Abşeronda ətraf mühiti çirkləndirən mebel sexinin sahibi cərimələnib
Şəkidə “Ford” dərəyə aşıb, xəsarət alan var
Dünya çempionatı:Kişi güləşçilərimiz 5 medal qazanıblar
Sahibə Qafarova Çexiyaya səfərə gedib
"İnterpol"la axtarılan daha bir şəxs Azərbaycana ekstradisiya olunub
Belqrad-Bakı birbaşa aviareysi açılır
Qubada avtomobil su kanalına düşüb
Azərbaycanda qızılcaya yoluxma halları artır
Azərbaycanda pul bazası 18 milyard manat ötür
Dünya çempionatı:Daha iki güləşçimiz medal qazanıb