BMT-nin İqlim Dəyişmələri Konfransında Azərbaycan pavilyonla çıxış edəcək
Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası –"COP28"də ilk dəfə olaraq pavilyonla təmsil olunacaq.
YeniAvropa xəbər verir ki, noyabrın 30-dan dekabrın 12-nədək davam edəcək "COP28" çərçivəsində Heydər Əliyev Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə yaradılan milli pavilyon “İqlim dayanıqlığı üçün davamlı həlləri rəhbər tutaq” (“Pioneering sustainable solutions for climate resilience”) mövzusunu əhatə edəcək.
İnteraktiv formatdakı pavilyonda Azərbaycanın iqlim dəyişikliyi sahəsində siyasəti, atmosferə atılan istixana qazlarının azaldılması istiqamətində Azərbaycan hökumətinin tədbirləri, mitiqasiya və adaptasiya üzrə fəaliyyəti və bu sahədə digər layihələr barədə məlumat veriləcək.
Qeyd edək ki, ölkəmiz 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyasının 35 faiz azaldılması, 2050-ci ildə isə bu hədəfin 40 faizə çatdırılacağına dair öhdəliyi təsdiqləyib. 2015-ci ildə qəbul edilən Paris Sazişi üzrə öhdəlikləri yerinə yetirmək və bu istiqamətdə aktiv fəaliyyət göstərmək Azərbaycan hökuməti üçün prioritet məsələdir.
"COP28"də 200-ə yaxın ölkənin nümayəndələri bir araya gələrək qlobal iqlim fəaliyyətini əlaqələndirəcək. Tədbirin keçiriləcəyi ərazi iki zonadan ibarətdir: “Mavi zonada” akkreditasiyadan keçmiş nümayəndə heyətləri iki həftə ərzində rəsmi danışıqlar, iqlim sahəsində fəaliyyətlə bağlı Ümumdünya sammitində, panel müzakirələr, dəyirmi masalar, mədəni tədbirlərdə iştirak edəcəklər. İştirakçı ölkələrin pavilyonları da məhz “Mavi zona”da fəaliyyət göstərəcək. “Yaşıl zona” isə hər kəsə açıq olacaq və dialoqların qurulması, iqlim dəyişikliyi sahəsində məlumatlığın artırılması üçün platforma sayılır.
BMT-nin İqlim Dəyişmələri Konfransının 28-ci sessiyası insanları tədbirlər, sərgi və qlobal təşəbbüslər vasitəsilə iqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə istiqamətində birləşdirən platformaya çevriləcək.
UEFA Rusiyanı Millətlər Liqasından kənarlaşdırıb
Bakıda keçirilən güləş üzrə dünya çempionatına yekun vurulub
İstanbulda İƏT-in Daimi Komitəsinin Nazirlər Toplantısı keçirilir
Minifutbol çempionatında yeni mövsümün püşkü atılıb
Paytaxt sakini “Kalaşnikov” avtomatı ilə saxlanılıb
COP28: 20 ölkə nüvə enerjisini üç dəfə artırmağa çağırıb
Sabah Bakıda 22° isti olacaq
ABŞ Yaşıl İqlim Fonduna 3 milyard dollar ayıracaq
Sahibə Qafarova Çexiya Senatının sədri ilə görüşüb
Almaniyada əlverişsiz havaya görə "Bavariya"nın oyunu təxirə salınıb
İlham Əliyev Laos prezidentini təbrik edib
Praqada Azərbaycan və Çexiya
parlament sədrlərinin görüşü olub
Dünya çempionatı:Bu gün 5 güləşçimiz xalça üzərinə çıxacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb
Paytaxtda “Kalaşnikov” avtomatı satan şəxs saxlanılıb
Abşeronda ətraf mühiti çirkləndirən mebel sexinin sahibi cərimələnib
Şəkidə “Ford” dərəyə aşıb, xəsarət alan var
Dünya çempionatı:Kişi güləşçilərimiz 5 medal qazanıblar
Sahibə Qafarova Çexiyaya səfərə gedib
"İnterpol"la axtarılan daha bir şəxs Azərbaycana ekstradisiya olunub
Belqrad-Bakı birbaşa aviareysi açılır
Qubada avtomobil su kanalına düşüb
Azərbaycanda qızılcaya yoluxma halları artır
Azərbaycanda pul bazası 18 milyard manat ötür
Dünya çempionatı:Daha iki güləşçimiz medal qazanıb