logo

Beynəlxalq ictimaiyyətə çağırışlarımıza heç kim cavab verməyib-Ayxan Hacızadə

16:12 20-11-2023 | icon 1106
Beynəlxalq ictimaiyyətə çağırışlarımıza heç kim cavab verməyib-Ayxan Hacızadə

Vətən müharibəsindən sonra biz dəfələrlə bildirmişdik ki, qeyri-qanuni erməni silahlı birləşmələri ərazilərimizə silah-sursat daşımağa davam edib. Azərbaycan vətəndaşları mütəmadi olaraq silahlı hücumlara məruz qalırdılar.

YeniAvropa xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyi və Azərbaycan Müdafiə Nazirliyi tərəfindən ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşelər üçün təşkil olunan brifinqdə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə söyləyib.

O qeyd edib ki, ərazilərimizin minalanması ilə bağlı beynəlxalq ictimaiyyətə Azərbaycanın narahatlığı çatdırılıb. Təəssüf ki, bu çağırışlara heç kim cavab verməyib.