Avropa çempionatı:Daha 4 boksçumuz yarımfinala yüksəlib
Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında dörddəbir final mərhələsi başa çatıb.
Azərbaycan Boks Federasiyasından YeniAvropa-ya verilən məlumata görə, millimizin daha 4 üzvü qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb. Yığma üzvlərindən Tural Sarıyev (48 kiloqram) Padraiq Dovneylə (İrlandiya) qarşılaşıb. O, rəqibini 5:0 (30:26, 30:27, 30:26, 30:27, 29:28) hesabı ilə məğlub edib. T. Sarıyev yarımfinalda Muşeq Bayanduryanla (Rusiya) döyüşəcək.
Nicat Hüseynov (51 kiloqram) da növbəti qələbəsini qazanıb. Avropa çempionumuz bu dəfə italiyalı Fares Al-Assini mübarizədən kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 30:27, 30:25, 30:27). O, finala gedən yolda türkiyəli Semih Gümüşlə münasibətinə aydınlıq gətirəcək.
57 kiloqram çəkidə Əzrək Bəbirov dörddəbir finalda irlandiyalı Pears Keri ilə qarşılaşıb. Döyüş yığma üzvünün 5:0 (28:27, 29:26, 29:26, 29:26, 29:26) hesablı qələbəsi ilə başa çatıb. İdmançı növbəti görüşündə Rafiq Əmirxanovla (Rusiya) üz-üzə gələcək.
“Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən Murad Allahverdiyev (80 kiloqram) Delil Dadayevi (Almaniya) sınağa çəkib. Döyüş həmyerlimizin 4:1 (29:28, 29:28, 28:29, 29:28, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb. O, yarımfinalda fransalı Yojerlin Sesarla gücünü yoxlayacaq.
Bununla da yarımfinala vəsiqə qazanan və özləri üçün ən azı bürünc medalı təmin edən Azərbaycan boksçularının sayı 5-ə yüksəlib. Daha əvvəl Marjona Savriyeva (50 kiloqram) da bu hüquqa yiyələnib.
Millinin digər boksçularından Ruslan Qədirovla (54 kiloqram) Maqsud Xasmetov (60 kiloqram) isə medalın 1 addımlığında – 1/4 finalda məğlubiyyətə üzülüblər.
Qeyd edək ki, yarımfinal görüşləri bu gün keçiriləcək.
"İnterpol"la axtarılan şəxs Azərbaycana ekstradisiyası edilib
Brüsseldə Azərbaycan-Aİ əməkdaşlığı müzakirə edilib
Audiovizual Şura televiziya kanallarına xəbərdarlıq edib
Qusarda mikroavtobus dərəyə aşıb: Xəsarət alanlar var
UEFA prezidentinin səlahiyyət müddəti uzadılır?
AQTA Bərdədə nöqsanlı çörək sexini basğlatdırıb
Prokurorluq 92 ağacın kəsilməsinə görə cinayət işi başlayıb
Azərbaycan və Oman XİN-ləri siyasi məsləhətləşmələr aparıblar
Lənkəran bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərilib
Prokurorluq paytaxt sakininin intihar etməsi faktını araşdırır
Xəbərdarlıq: Temperatur 5° aşağı enəcək, qar yağacaq
Xəzər dənizində zəlzələ olub
Ədliyyə orqanlarına qəbulla bağlı test imtahanı keçiriləcək
Ötən həftə Azərbaycanda 17 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
Sabah Bakıda 10° isti olacaq
İlham Əliyev Yardımlıda yol tikintisinə 1,7 milyon manat ayırdı
Azərbaycanda minatəmizləyən texnikalar istehsal olunacaq
Prezident Qaradağ rayonunda yol təmirinə 400 min manat ayırdı
İlham Əliyev Gürcüstanın parlament sədrini qəbul edib
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycanda illik inflyasiya 9,4% təşkil edib
Qazaxıstan cari ildə Bakı limanı vasitəsi ilə 1,2 milyon ton neft nəql edib
Azərbaycanda məktəbəqədər təhsillə bağlı əsas hədəflər açıqlanıb
Bakıda qanunsuz tikililər sökülüb
Bakı İlahiyyat Kolleci yaradılır