logo

"EURO-2024": Azərbaycan millisi Bakıda İsveç yığmasına qalib gəlib

23:01 16-11-2023 | icon 2401
"EURO-2024": Azərbaycan millisi Bakıda İsveç yığmasına qalib gəlib

Futbol üzrə Azərbaycan millisi "EURO-2024"ün seçmə mərhələsində yeddinci oyununu keçirib.

YeniAvropa xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Bakıda İsveçi qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Kapitan Emin Mahmudov 3-cü və 89-cu dəqiqələrdə qol vuraraq dubl edib. Renat Dadaşov isə 6-cı dəqiqədə rəqibin qapısına yol tapıb.

Meydan sahibləri bu oyunda qazandığı qələbədən sonra 7 xalla dördüncü, qonaq komanda isə 7 xalla üçüncü yerdə qalıb.

Qeyd edək ki, Azərbaycan yığması noyabrın 19-da “Kral Boduin” stadionunda Belçika kollektivi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.