Ceyhun Bayramov Avrasiya Patent İdarəsinin prezidenti ilə görüşüb
Noyabrın 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avrasiya Patent İdarəsinin prezidenti Qriqori İvliyev ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, görüş zamanı Azərbaycanda əqli mülkiyyət institutunun inkişafının ölkə rəhbərliyinin diqqət mərkəzində saxlanıldığı, sözügedən sahədə genişmiqyaslı struktur islahatlarının aparıldığı, idarəçiliyin optimallaşdırıldığı qarşı tərəfin diqqətinə çatdırılıb.
“Azərbaycan 2020: gələcəyə baxış inkişaf konsepsiyası”, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair milli prioritetlər” və “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası” kimi dövlət əhəmiyyətli sənədlərdə əqli mülkiyyət sahəsinin inkişafı istiqamətlərinə ayrıca yer verildiyi ifadə olunub.
Azərbaycanın Əqli Mülkiyyət Agentliyi ilə APT-APİ arasında əməkdaşlıq əlaqələrinin, habelə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı fəaliyyətlərin böyük önəm kəsb etdiyi vurğulanıb.
APİ-nin prezidenti Qriqoriy İvliyev tərəfindən qeyd edilənlərlə həmfikirlik bildirilərək, əqli mülkiyyət sahəsində mümkün əməkdaşlığın müvafiq kadrların hazırlanması, patentlərin rəsmiləşdirilməsi, vahid standartların tətbiqi kimi geniş əhatə dairəsinə malik olduğu diqqətə çatdırılıb.
Əqli mülkiyyət sahəsində əlaqələrin inkişafına töhfə verilməsi məqsədilə rəhbər və işçi səviyyədə təmasların davam etdirilməsinin, konfranslar, dəyirmi masalar kimi tədbirlər vasitəsilə bir araya gəlinərək həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq məsələlərin müzakirəsinin əhəmiyyəti ifadə olunub.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən APİ ilə digər beynəlxalq təşkilatlar arasında əməkdaşlıq əlaqələri, qlobal patent müraciətləri sahəsində son meyllər, APİ-nin müvafiq strukturlarına seçkilər barədə fikir mübadiləsi aparılıb.
"COP 29" gələn il Azərbaycanda keçiriləcək
"İnterpol"la axtarılan şəxs Azərbaycana ekstradisiyası edilib
Brüsseldə Azərbaycan-Aİ əməkdaşlığı müzakirə edilib
Audiovizual Şura televiziya kanallarına xəbərdarlıq edib
Qusarda mikroavtobus dərəyə aşıb: Xəsarət alanlar var
UEFA prezidentinin səlahiyyət müddəti uzadılır?
AQTA Bərdədə nöqsanlı çörək sexini basğlatdırıb
Prokurorluq 92 ağacın kəsilməsinə görə cinayət işi başlayıb
Azərbaycan və Oman XİN-ləri siyasi məsləhətləşmələr aparıblar
Lənkəran bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərilib
Prokurorluq paytaxt sakininin intihar etməsi faktını araşdırır
Xəbərdarlıq: Temperatur 5° aşağı enəcək, qar yağacaq
Xəzər dənizində zəlzələ olub
Ədliyyə orqanlarına qəbulla bağlı test imtahanı keçiriləcək
Ötən həftə Azərbaycanda 17 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
Sabah Bakıda 10° isti olacaq
İlham Əliyev Yardımlıda yol tikintisinə 1,7 milyon manat ayırdı
Azərbaycanda minatəmizləyən texnikalar istehsal olunacaq
Prezident Qaradağ rayonunda yol təmirinə 400 min manat ayırdı
İlham Əliyev Gürcüstanın parlament sədrini qəbul edib
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycanda illik inflyasiya 9,4% təşkil edib
Qazaxıstan cari ildə Bakı limanı vasitəsi ilə 1,2 milyon ton neft nəql edib
Azərbaycanda məktəbəqədər təhsillə bağlı əsas hədəflər açıqlanıb
Bakıda qanunsuz tikililər sökülüb