Azərbaycan səfiri etimadnaməsini Honduras prezidentinə təqdim edib
Azərbaycanın Hondurasdakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Talıbov etimadnaməsini bu ölkənin prezidenti xanım İris Siomara Kastro Sarmientoya təqdim edib.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib. Qeyd edilib ki, paytaxt Tequsiqalpada keçirilən mərasimdə M.Talıbov dövlət başçısı İlham Əliyevin səmimi salamlarını prezident Siomara Kastroya çatdırıb. Salamlara görə təşəkkürünü bildirən Honduras prezidenti onun da dərin ehtiramını və ən xoş arzularını dövlətimizin başçısına çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycanla Honduras arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində davamlı təmaslar, səmərəli dialoq və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin mövcud olduğu vurğulanıb. Bununla yanaşı, iki ölkə arasında parlamentlərarası əlaqələr, humanitar, mədəniyyət, təhsil, habelə iqtisadi-ticari və qarşılıqlı sərmayə qoyuluşu sahələrində potensialın olduğu bildirilib.
M.Talıbov Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin uzun illər Ermənistanın hərbi işğalı altında olduğu dönəmdə Hondurasın məsələ ilə əlaqədar beynəlxalq hüquqa söykənən mövqedən çıxış etməsinin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Prezident S.Kastro Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə uğurlu fəaliyyətini xüsusi vurğulayıb. O, həmçinin rəhbərlik etdiyi hökumətin Hondurasla Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsində maraqlı olduğunu bildirib, bu istiqamətdə gələcək fəaliyyətində səfir M.Talıbova uğurlar arzulayıb.
Sonra Hondurasın xarici əlaqələr və əməkdaşlıq nazirinin müavini Xerardo Torres Zelaya ilə səfir Məmməd Talıbov arasında ayrıca görüş keçirilib.
Görüşdə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
UEFA Rusiyanı Millətlər Liqasından kənarlaşdırıb
Bakıda keçirilən güləş üzrə dünya çempionatına yekun vurulub
İstanbulda İƏT-in Daimi Komitəsinin Nazirlər Toplantısı keçirilir
Minifutbol çempionatında yeni mövsümün püşkü atılıb
Paytaxt sakini “Kalaşnikov” avtomatı ilə saxlanılıb
COP28: 20 ölkə nüvə enerjisini üç dəfə artırmağa çağırıb
Sabah Bakıda 22° isti olacaq
ABŞ Yaşıl İqlim Fonduna 3 milyard dollar ayıracaq
Sahibə Qafarova Çexiya Senatının sədri ilə görüşüb
Almaniyada əlverişsiz havaya görə "Bavariya"nın oyunu təxirə salınıb
İlham Əliyev Laos prezidentini təbrik edib
Praqada Azərbaycan və Çexiya
parlament sədrlərinin görüşü olub
Dünya çempionatı:Bu gün 5 güləşçimiz xalça üzərinə çıxacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb
Paytaxtda “Kalaşnikov” avtomatı satan şəxs saxlanılıb
Abşeronda ətraf mühiti çirkləndirən mebel sexinin sahibi cərimələnib
Şəkidə “Ford” dərəyə aşıb, xəsarət alan var
Dünya çempionatı:Kişi güləşçilərimiz 5 medal qazanıblar
Sahibə Qafarova Çexiyaya səfərə gedib
"İnterpol"la axtarılan daha bir şəxs Azərbaycana ekstradisiya olunub
Belqrad-Bakı birbaşa aviareysi açılır
Qubada avtomobil su kanalına düşüb
Azərbaycanda qızılcaya yoluxma halları artır
Azərbaycanda pul bazası 18 milyard manat ötür
Dünya çempionatı:Daha iki güləşçimiz medal qazanıb