Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı mandatı daha bir il uzadıldı
Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı mandatının noyabrın 17-dən etibarən daha bir il uzadılmasına dair qanun layihəsi Türkiyə Böyük Millət Məclisində (TBMM) qəbul olunub.
YeniAvropa xəbər verir ki, qanun layihəsi TBMM-ə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə göndərilib.
Qeyd edək ki, qanun layihəsində işğal altındakı torpaqlarının azad olunması uğrunda mübarizədə qazandığı uğur və bunun nəticəsində bölgədə yaranan yeni şərtlərlə bağlı Azərbaycanın Ermənistan və Rusiya ilə 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli Bəyanatda nəzərdə tutulan fəaliyyətlərin davam etdiyi bildirilib.
Azərbaycanın bu il sentyabrın 19-20-də həyata keçirdiyi antiterror tədbirlərindən sonra Qarabağdakı qeyri-qanuni separatçı birləşmələrin və onlara bağlı silahlı qrupların fəaliyyətinə tamamilə son qoyulduğunun qeyd edildiyi sənəddə Azərbaycan ilə Ermənistan arasında hələlik sülh razılaşması imzalanaraq məsələnin yekun həllinə gəlinmədiyi diqqətə çatdırılıb.
Qanun layihəsində beynəlxalq hüququn normaları və qanuni suverenlik haqları əsasında ərazi bütövlüyü də daxil olmaqla, bütün hüquqlarını müdafiə edə bilməsi üçün prosesin əvvəlindən etibarən Azərbaycana güclü dəstək verən Türkiyənin bölgədə sülhün və sabitliyin qorunması, möhkəmləndirilməsi və bunun asanlaşdırılması üçün iqtisadi infrastrukturun inşasına mühüm töhfələr verildiyi xatırlanıb.
Eyni zamanda, qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin də xidmət etdiyi Birgə Monitorinq Mərkəzinin fəaliyyəti uğurla davam edir və Türkiyə Mərkəz vasitəsilə bölgənin təhlükəsizliyinə, eləcə də tərəflər arasında etimadın qurulmasına töhfə verir.
"COP 29" gələn il Azərbaycanda keçiriləcək
"İnterpol"la axtarılan şəxs Azərbaycana ekstradisiyası edilib
Brüsseldə Azərbaycan-Aİ əməkdaşlığı müzakirə edilib
Audiovizual Şura televiziya kanallarına xəbərdarlıq edib
Qusarda mikroavtobus dərəyə aşıb: Xəsarət alanlar var
UEFA prezidentinin səlahiyyət müddəti uzadılır?
AQTA Bərdədə nöqsanlı çörək sexini basğlatdırıb
Prokurorluq 92 ağacın kəsilməsinə görə cinayət işi başlayıb
Azərbaycan və Oman XİN-ləri siyasi məsləhətləşmələr aparıblar
Lənkəran bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərilib
Prokurorluq paytaxt sakininin intihar etməsi faktını araşdırır
Xəbərdarlıq: Temperatur 5° aşağı enəcək, qar yağacaq
Xəzər dənizində zəlzələ olub
Ədliyyə orqanlarına qəbulla bağlı test imtahanı keçiriləcək
Ötən həftə Azərbaycanda 17 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
Sabah Bakıda 10° isti olacaq
İlham Əliyev Yardımlıda yol tikintisinə 1,7 milyon manat ayırdı
Azərbaycanda minatəmizləyən texnikalar istehsal olunacaq
Prezident Qaradağ rayonunda yol təmirinə 400 min manat ayırdı
İlham Əliyev Gürcüstanın parlament sədrini qəbul edib
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycanda illik inflyasiya 9,4% təşkil edib
Qazaxıstan cari ildə Bakı limanı vasitəsi ilə 1,2 milyon ton neft nəql edib
Azərbaycanda məktəbəqədər təhsillə bağlı əsas hədəflər açıqlanıb
Bakıda qanunsuz tikililər sökülüb