logo

Beynəlxalq Valyuta Fondu-Azərbaycan əməkdaşlığı müzakirə edilib

19:29 15-11-2023 | icon 1428
Beynəlxalq Valyuta Fondu-Azərbaycan əməkdaşlığı müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun(BVF) Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon ilə görüşüb.

YeniAvropa nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə Azərbaycanın beynəlxalq maliyyə institutları ilə çoxşaxəli və səmərəli tərəfdaşlığı, ölkəmizdə innovasiyaların geniş tətbiqi baxımından əlaqələrin inkişaf etdirilməsinin önəmi vurğulanıb. Həmçinin ölkəmizin makroiqtisadi göstəriciləri və proqnozlar, energetika sektorunun inkişaf perspektivləri, vergi islahatları və bu sahədə nəzərdə tutulan tədbirlər barədə məlumat verilib.

Tərəflər qlobal tendensiyaların iqtisadi proseslərə təsiri, Azərbaycan iqtisadiyyatının inkişaf göstəriciləri və hədəfləri, əməkdaşlığın yeni istiqamətləri və digər məsələlər haqqında müzakirə aparıblar.