logo

Ermənistan KTMT-nin sammitində iştirak etməyəcək

13:53 14-11-2023 | icon 518
Ermənistan KTMT-nin sammitində iştirak etməyəcək

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 23-də Minskdə keçiriləcək sammitində iştirak etməyəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı zamanı KTMT-nin noyabrın 23-də Minskdə keçirilməsi planlaşdırılan sammitində iştirak edə bilməyəcəyi barədə məlumat verib.

N. Paşinyan tərəfdaşların bu qərarı anlayışla qarşılayacaqlarına ümid etdiyini bildirib.