Cozep Borelin Azərbaycan əleyhinə ittihamları qəbulolunmazdır-XİN
Noyabrın 13-də Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borel tərəfindən Brüsseldə Xarici Əlaqələr Şurasının iclasından sonra keçirilən mətbuat konfransında Azərbaycan əleyhinə səsləndirilmiş, regiondakı reallıqları qəsdən təhrif edən ittihamlar tamamilə qeyri-adekvat və qəbuledilməzdir.
YeniAvropa xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Cozep Borelin Azərbaycan əleyhinə əsassız ittihamları ilə bağlı şərhində bildirilib.
Qeyd edilib ki, Avropa İttifaqının 30 ilə yaxın müddətdə ölkəmizin suveren ərazilərinin Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmasına biganə yanaşması, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və insanlıq əleyhinə cinayətləri, 1 milyondan çox azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşməsi faktını qınamaqdan çəkinməsi fonunda, Ermənistana ifadə olunan dəstək və Azərbaycana qarşı təhdid dolu ifadələr bu qurumun qərəzli siyasətinin və ikili standartlarının bariz nümunəsidir. Aİ Xarici Fəaliyyət Xidmətinin bu və digər bölgələrdə sərgilədiyi riyakar yanaşmalardan da göründüyü kimi, bu qurum yanlış addımların qurbanına çevrilib.
Bununla yanaşı, Ermənistanı beynəlxalq hüququn norma və prinsiplərinə uyğun hərəkət etməyə təşviq etmək üçün heç bir addım atmayan Aİ-nin nümayəndəsinin səsləndirdiyi ittihamlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı təhdiddir.
“Bir daha xatırladırıq ki, istər 44 günlük Vətən müharibəsi, istərsə də cari ilin sentyabrında 24 saatlıq antiterror tədbirləri ölkəmizin suveren ərazilərində həyata keçirilib. Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində legitim üsullarla öz suverenliyini bərpa edib. Aİ üzv ölkələri aqressiv separatizm meyillərindən əziyyət çəkdiyi halda, Azərbaycanın öz suveren ərazilərində mövcud təhdidlərə qarşı haqlı mübarizəsinə münasibətdə Aİ-nin xarici siyasət qurumunun ölkəmizin ərazisində separatizmi qızışdırması cəhdləri ciddi narahatlıq mənbəyidir. Aİ tərəfinin Ermənistanı silahlandırmaq və bununla bölgəmizdə sülh və sabitliyə mane olan məkrli hərbiləşmə siyasətini dəstəkləmək səyləri, bölgəmizdə yeni qarşıdurmalara sürükləyən siyasətin təşviq olunmasıdır və bunun məsuliyyəti, eyni zamanda, Aİ-nin üzərinə düşür. Bu məqsədlə, digər sahələrlə yanaşı hərbi potensialın gücləndirilməsini nəzərdə tutan Avropa Sülh Təşəbbüsündən istifadə edilməsi planları bölgədə gərginliyin artmasına xidmət edir. Bir daha xatırladırıq ki, Azərbaycanla təhdid dili ilə danışmaq qəbuledilməzdir və hər hansı qeyri-dost hərəkət müsbət nəticələnməməklə yanaşı, adekvat şəkildə cavablandırılacaqdır”, - deyə Xarici İşlər Nazirliyinin şərhində bildirilib.
Müəllimlərin vəzifə maaşlarına əlavələr edilib
Din xadimləri attestasiyadan keçiriləcək-Mübariz Qurbanlı
Azərbaycan "COP 29"a ev sahibliyinə ən real namizəddir
Azərbaycan iki əcnəbi basketbolçunu milliləşdirdi
Sinoptiklərdən Bakıda güclü külək xəbərdarlığı
Bakıda avtomobildən 38 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb
Sabah Bakıda yağış yağacaq,14° isti olacaq
İstanbul derbisi: “Beşiktaş” “Fənərbaxça”ya qarşı
Zəlzələdən sonra Kardiologiya İnstitutuna müraciətlərin sayı artıb
Məhərrəm Əliyev Azərbaycanın Belarusdakı səfiri təyin edilib
Azərbaycan Rumıniya və Moldovadakı səfirlərini geri çağırdı
Məhərrəm Əliyev Prezidentinin köməkçisi vəzifəsindən azad edildi və hərbi xidmətdən istefaya göndərildi
2024-cü il:Novruz,Ramazan və Qurban bayramlarının günləri bəlli olub
2024-cü ildə ilk iş günü yanvarın 7-dən başlayacaq
Azərbaycan nefti 80,21 dollara satılır
İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib
BMT-nin baş katibi Azərbaycan-Ermənistan birgə açıqlamasını alqışlayıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb
Faktiki hava:Ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib
Tovuzda qatar 25 yaşlı gənci vurub öldürdü
İşğaldan azad edilmiş ərazilərdə seçki məntəqələri quraşdırılacaq
Şuşa və Göygöl rayonlarına prokuror təyin olunub
Moskvada MDB İqtisadi Şurasının 100-cü iclası keçirilib
Dövlət Aqrar Universitetinin yenidən KTN-in tabeliyinə verildi
Bakıda Azərbaycan-Rusiya Parlamentlərarası Komissiyanın iclası keçirilir