logo

Zakir Həsənov Birləşmiş Ərəb Əmirliklərinə səfərə gedib

15:15 13-11-2023 | icon 637
Zakir Həsənov Birləşmiş Ərəb Əmirliklərinə səfərə gedib

Noyabrın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən “Dubai Airshow – 2023” beynəlxalq sərgisində iştirak etmək məqsədilə bu ölkəyə səfər edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindənYeniAvropa-ya bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənovun konfrans və panel müzakirələrdə iştirakı nəzərdə tutulur.