Prezident İlham Əliyevin Özbəkistana səfəri noyabrın 9-da başa çatıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Daşkənd Beynəlxalq Hava Limanında prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan prezidentini Özbəkistanın baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər yola salıblar.