İlham Əliyev Pakistanın baş naziri ilə görüşü olub
Prezident İlham Əliyev noyabrın 9-da Daşkənddə Pakistan İslam Respublikasının Keçid Hökumətinin baş naziri Ənvər-ul-Xak Kakar ilə görüşüb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Görüşdə Azərbaycan ilə Pakistan arasında əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə olunub.
Pakistanın baş naziri Azərbaycanı antiterror tədbirlərinin uğurla başa çatması və Azərbaycanın suverenliyinin tam şəkildə təmin olunması münasibətilə təbriklərini çatdırıb. Pakistanın həmişə Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiyini vurğulayıb.
Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirib, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən işğalı dövründə, həmçinin 44 günlük Vətən müharibəsində Pakistanın ölkəmizə göstərdiyi siyasi-diplomatik dəstəyini və Ermənistanın işğalçı dövlət kimi tanımasını yüksək qiymətləndirib.
Prezident İlham Əliyev Azərbaycanın Cəmmu və Kəşmir məsələsində BMT Təhlükəsizlik Şurasının müvafiq qərarlarını rəhbər tutaraq haqq-ədalətin tərəfdarı olduğunu diqqətə çatdırıb.
Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari münasibətlərin, biznes dairələri arasında əlaqələrin genişləndirilməsi məsələlərinə toxunuldu. Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacibliyi qeyd edildi. Həmçinin enerji və nəqliyyat bağlantıları sahələrində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
İmtiyazlı ticarət münasibətlərinin ölkələrimiz arasındakı ticarət dövriyyəsinin həcminin artırılmasına müsbət təsir göstərəcəyi qeyd edildi. İnformasiya-kommunikasiya texnologiyaları, turizm sahələrində əməkdaşlığın, iki ölkənin şəhərləri arasında bu yaxınlarda birbaşa hava əlaqəsinin yaradılmasının müsbət addım olduğu bildirilib, bunun turizm sahəsində əməkdaşlığa və insanlar arasındakı təmaslara müsbət təsir göstərəcəyi vurğulanıb. İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd olunub.
Söhbət zamanı dünyada islamofobiya meyillərinin artmasından narahatlıq ifadə edilib.
"COP 29" gələn il Azərbaycanda keçiriləcək
"İnterpol"la axtarılan şəxs Azərbaycana ekstradisiyası edilib
Brüsseldə Azərbaycan-Aİ əməkdaşlığı müzakirə edilib
Audiovizual Şura televiziya kanallarına xəbərdarlıq edib
Qusarda mikroavtobus dərəyə aşıb: Xəsarət alanlar var
UEFA prezidentinin səlahiyyət müddəti uzadılır?
AQTA Bərdədə nöqsanlı çörək sexini basğlatdırıb
Prokurorluq 92 ağacın kəsilməsinə görə cinayət işi başlayıb
Azərbaycan və Oman XİN-ləri siyasi məsləhətləşmələr aparıblar
Lənkəran bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərilib
Prokurorluq paytaxt sakininin intihar etməsi faktını araşdırır
Xəbərdarlıq: Temperatur 5° aşağı enəcək, qar yağacaq
Xəzər dənizində zəlzələ olub
Ədliyyə orqanlarına qəbulla bağlı test imtahanı keçiriləcək
Ötən həftə Azərbaycanda 17 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
Sabah Bakıda 10° isti olacaq
İlham Əliyev Yardımlıda yol tikintisinə 1,7 milyon manat ayırdı
Azərbaycanda minatəmizləyən texnikalar istehsal olunacaq
Prezident Qaradağ rayonunda yol təmirinə 400 min manat ayırdı
İlham Əliyev Gürcüstanın parlament sədrini qəbul edib
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycanda illik inflyasiya 9,4% təşkil edib
Qazaxıstan cari ildə Bakı limanı vasitəsi ilə 1,2 milyon ton neft nəql edib
Azərbaycanda məktəbəqədər təhsillə bağlı əsas hədəflər açıqlanıb
Bakıda qanunsuz tikililər sökülüb