Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib
Rusiyanın apardığı işğalçılıq müharibə nəticəsində zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası məqsədilə Azərbaycan tərəfindən elektrik avadanlıqlarından ibarət humanitar yardım karvanı Ukraynaya çatıb.
YeniAvropa xəbər verir ki, Ukraynanın Xmelnitski vilayətində humanitar yardımın təhvilvermə mərasimi keçirilib. Tədbirdə Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Sabir Rzayev, Ukrayna Energetika Nazirliyinin nümayəndəsi Petro Lutsiv, KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə açıqlama verən Sabir Rzayev bildirib ki, Prezident İlham Əliyevin 2023-cü il 17 iyul tarixli Sərəncamına uyğun olaraq Energetika Nazirliyinin tədarük etdiyi humanitar yükə 555 min metrdən çox elektrik kabelləri və naqilləri daxildir. 14 TIR-dan ibarət yük avtomobili karvanının daşıdığı humanitar məqsədli mallar Ukraynadakı mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək üçün göndərilib.
Göstərdiyi növbəti yardıma görə Azərbaycan dövlətinə təşəkkürünü bildirən Petro Lutsiv isə bildirib ki, bu gün yenidən dost Azərbaycandan kabel məhsulları alınıb.
“Biz Azərbaycandan olan həmkarlarımıza və bütün Azərbaycan xalqına mübarizəmizi davam etdirməkdə və Ukrayna ərazisində düşmən təcavüzünə qalib gəlməkdə bizə göstərdikləri əvəzsiz köməyə görə son dərəcə minnətdarıq. Bizim üçün belə çətin bir zamanda Ukraynaya göstərilən dəstəyi yüksək qiymətləndiririk”, - deyə Petro Lutsiv əlavə edib.
Xatırladaq ki, Ukraynaya bundan əvvəl də ölkəmiz tərəfindən elektrik avadanlıqları ilə bağlı humanitar yardım göndərilib. Yaranmış böhranla əlaqədar Azərbaycan Respublikasının Ukraynaya göstərdiyi humanitar, o cümlədən bərpa və yenidənqurma işlərinə dəstək xarakterli yardımın ümumi məbləği artıq 33 milyon ABŞ dollarından çoxdur.
Müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş 154 ukraynalı uşaq tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə humanitar yardım fəaliyyətləri çərçivəsində ölkəmizə gətirilib. İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına “Linqvist” humanitar liseyi tam bərpa edilib, habelə həmin şəhərdə ciddi dağıntılara məruz qalmış bir sıra sosial təyinatlı obyektlərin Azərbaycan tərəfindən əsaslı bərpası ilə bağlı hazırda müvafiq işlər aparılmaqdadır.
"COP 29" gələn il Azərbaycanda keçiriləcək
"İnterpol"la axtarılan şəxs Azərbaycana ekstradisiyası edilib
Brüsseldə Azərbaycan-Aİ əməkdaşlığı müzakirə edilib
Audiovizual Şura televiziya kanallarına xəbərdarlıq edib
Qusarda mikroavtobus dərəyə aşıb: Xəsarət alanlar var
UEFA prezidentinin səlahiyyət müddəti uzadılır?
AQTA Bərdədə nöqsanlı çörək sexini basğlatdırıb
Prokurorluq 92 ağacın kəsilməsinə görə cinayət işi başlayıb
Azərbaycan və Oman XİN-ləri siyasi məsləhətləşmələr aparıblar
Lənkəran bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərilib
Prokurorluq paytaxt sakininin intihar etməsi faktını araşdırır
Xəbərdarlıq: Temperatur 5° aşağı enəcək, qar yağacaq
Xəzər dənizində zəlzələ olub
Ədliyyə orqanlarına qəbulla bağlı test imtahanı keçiriləcək
Ötən həftə Azərbaycanda 17 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
Sabah Bakıda 10° isti olacaq
İlham Əliyev Yardımlıda yol tikintisinə 1,7 milyon manat ayırdı
Azərbaycanda minatəmizləyən texnikalar istehsal olunacaq
Prezident Qaradağ rayonunda yol təmirinə 400 min manat ayırdı
İlham Əliyev Gürcüstanın parlament sədrini qəbul edib
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycanda illik inflyasiya 9,4% təşkil edib
Qazaxıstan cari ildə Bakı limanı vasitəsi ilə 1,2 milyon ton neft nəql edib
Azərbaycanda məktəbəqədər təhsillə bağlı əsas hədəflər açıqlanıb
Bakıda qanunsuz tikililər sökülüb