“Azərbaycanın yeni inkişaf mərhələsində qeyri-hökumət təşkilatları” mövzusunda forum keçirilib
Noyabrın 7-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycanın yeni inkişaf mərhələsində qeyri-hökumət təşkilatları” mövzusunda forum keçirib.
YeniAvropa xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil olunan forumda çıxış edən Agentliyin icraçı direktoru Aygün Əliyeva tədbirin Zəfər bayramı və Bayraq Günü ərəfəsində keçirilməsinin xüsusi əhəmiyyətini vurğulayıb, vətəndaş cəmiyyətinin inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən, Azərbaycanın yeni inkişaf mərhələsində qeyri-hökumət təşkilatlarının rolundan danışıb. O, bir neçə gündən sonra – noyabrın 10-dan etibarən Agentliyin 2024-cü il üzrə qrant müsabiqələri üzrə layihələrin qəbuluna başlanacağını və prosesin dekabrın 10-da başa çatacağını bildirib. A.Əliyeva qrant müsabiqələri üzrə mövzuların ən aktual məsələlərə həsr edildiyini deyib, QHT-ləri müsabiqələrdə fəal iştiraka çağırıb. Həmçinin məlumat verilib ki, yeni qrant müsabiqələri ilə əlaqədar geniş maarifləndirmə kampaniyası təşkil olunub, Agentliyin xətti ilə 4 dəfə infosessiyalar keçirilib. Bu infosessiyalarda ümumilikdə 750-dən çox QHT təmsilçisi iştirak edib.
Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin nümayəndəsi Tural Əliyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm bünövrə üzərində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bugünkü qalib Azərbaycan dövlətini ucaldıb. “Azərbaycan Respublikası artıq bütövdür, tamdır. Əlbəttə, bu mənzərə qeyri-hökumət təşkilatları qarşısında da yeni çağırışlar qoyur. Artıq dövlət tərəfindən QHT-lərlə iş sahəsində köklü islahatlara başlanılıb. Açıq etiraf olunmalıdır ki, ötən illərdə bu sahədə xeyli nöqsanlar buraxılıb. Bu gün bəzi qeyri-hökumət təşkilatlarının fəaliyyəti bu sahəyə ləkə, sektorun adına ciddi xələl gətirir. Onlar illərdir öyrəşdikləri müftəxorluq dövrünün xiffəti ilə yaşayır”, - deyən T.Əliyev diqqətə çatdırıb ki, hazırda QHT-lərlə əlaqədar qanunvericilik bazasına yenidən baxılır. Yaxın vaxtlarda bu sahədə də əsaslı dəyişikliklərin şahidi olacağıq. O, həmçinin vurğulayıb: “Bildiyiniz kimi, xarici donorlardan maliyyə alan QHT-lər bunun üçün Ədliyyə Nazirliyindən müvafiq bildirişə malik olmalıdır. Lakin aparılmış təhlil üzə çıxarıb ki, QHT sektorunda bildirişdən yayınmaq üçün ciddi cəhdlər var. Qrantların “qaranlıq dövriyyəsi” bir sıra hallarda məhz xarici donorlar üçün Azərbaycanın daxilinə sızma cəhdləridir. Müşahidələr göstərir ki, bir sıra xarici fondların Azərbaycandakı əsas məqsədlərindən biri məhz əldə edilmiş tarixi Zəfərə kölgə salmaq, insanların gözündə onu heçə endirmək, cəmiyyətdə ruh düşkünlüyü, süstlük yaratmaqdır. QHT-ləri bu məsələlərdə diqqətli olmağa, xarici donorlarla Ədliyyə Nazirliyinin müvafiq bildirişi olmadan heç bir əməkdaşlıq qurmamağa çağırırıq”.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İctimai Birliyinin sədri Fatma Səttarova, Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyinin sədri Novella Cəfəroğlu, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının baş katibi Leyla Həsənova Azərbaycanın yeni inkişaf mərhələsində qeyri-hökumət təşkilatlarını xüsusilə beynəlxalq müstəvidə fəallıqlarını artırmağa çağırıblar.
Forum “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevin moderatorluğu ilə panel müzakirələri davam edib.
Müzakirələrdə Agentliyin Müşahidə Şurasının üzvü, “Vətəndaş Tədqiqat və İnkişaf” İctimai Birliyinin sədri Günel Səfərova “Qeyri-hökumət təşkilatlarının beynəlxalq fəaliyyəti: mövcud vəziyyət, gələcək perspektivlər”, Agentliyin Müşahidə Şurasının üzvü, “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri İsrayıl İsgəndərov “Dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin inkişafı”, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev “Azərbaycanın yeni tarixi mərhələsində QHT sektorunun inkişafı: yeni çağırışlar və gələcəyə baxış”, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev “QHT-lərin BMT-nin İqtisadi və Sosial Şurasına üzvlüyü və bu statusun verdiyi üstünlüklər”, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov “İctimai iştirakçılığın təmin edilməsində qeyri-hökumət təşkilatlarının rolu”, Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli “QHT sektorunda mövcud vəziyyət: imkanlar və çətinliklər”, “ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyinin sədri Anar Musayev “Gənclər təşkilatları: Məqsəd və hədəflər” mövzusunda məruzələrlə çıxış ediblər. Sonra QHT-lərin mövzularla bağlı sualları cavablandırılıb.
Forum çərçivəsində QHT-lərin fəaliyyətinə həsr edilmiş videoçarx da nümayiş etdirilib, şəhid övladlarının ifasında “Qəhrəman övladıyıq” mahnısı, Şəmistan Əlizamanlının ifasında Zəfər gününə həsr olunmuş mahnılar səsləndirilib.
Tədbirin yekununda QHT-lərin təşəbbüsü ilə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Zəfər Günü münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə təbrik müraciəti ünvanlanıb.
Müraciətin mətnini “Zəfər” Şəhid Ailələrinə Dəstək” İB-nin sədri Sevinc Alızadə oxuyub.
Müraciətdə deyilir: “İlk dəfə olaraq Azərbaycan böyük təntənə, ruh yüksəkliyi ilə Zəfər Gününü respublikanın tam suverenliyi və ərazi bütövlüyü şəraitində qeyd edir. Azərbaycan Bayrağının Şuşada, Xankəndidə, Xocalıda dalğalanması tarixə əbədi həkk olan böyük xoşbəxtlikdir. Bu, müstəqil Azərbaycan dövlətinin həyatında tamamilə yeni səhifənin açılmasıdır. Biz bu möhtəşəm tarixi günlərin xoş həyəcanı, sevinci, bəxtiyarlığı içərisindəyik. Siz Azərbaycan xalqını ən böyük arzusuna çatdırmış milli Lidersiniz. Nəyi, nə vaxt və necə etmək lazım olduğunu Siz öz əməli fəaliyyətinizlə hər dəfə sübut edirsiniz. Qazanılan nəhəng uğurların hansı əziyyət, zəhmət, fədakarlıq nəticəsində başa gəldiyi göz qarşısındadır. Siz bütün təzyiqlərə, çətinliklərə rəğmən Azərbaycanı sabitlik, inkişaf adası kimi yalnız irəliyə aparırsınız, şöhrətini dünyaya yayırsınız. 20 ildir ki, Azərbaycan xalqı keçirilmiş bütün prezident seçkilərində öz taleyini yalnız Sizə etibar edib”.
Müraciətdə, həmçinin deyilir ki, bu gün bütün Azərbaycanın üzü gülür. Bu gün şəhid övladlarının üzü gülür. Müstəqil Azərbaycan tarix boyu heç vaxt bu qədər güclü olmayıb. Bu, Sizin xidmətiniz, Sizin əsərinizdir, cənab Prezident! Bu, Ulu Öndər Heydər Əliyevin arzuladığı Azərbaycandır! Zəngəzur, Göyçə, Dərələyəz, İrəvan – Qərbi Azərbaycan torpaqları, doğma yurd yerləri heç vaxt bu qədər yaxın olmayıb. Bu gün hər bir azərbaycanlı həmin yerlərə də dönəcəyi günü gözləyir. Biz Sizin liderliyinizlə Qərbi Azərbaycana da gedəcəyik! Əmin ola bilərsiniz ki, Azərbaycanın qeyri-hökumət təşkilatları bundan sonra daim dövlətinin yanında olacaq, Sizinlə olacaq! Yolunuz yolumuzdur, cənab Prezident! Zəfər bayramınız mübarək!.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə keçirilən forumda 200-dən çox QHT təmsilçisi iştirak edib.
Müəllimlərin vəzifə maaşlarına əlavələr edilib
Din xadimləri attestasiyadan keçiriləcək-Mübariz Qurbanlı
Azərbaycan "COP 29"a ev sahibliyinə ən real namizəddir
Azərbaycan iki əcnəbi basketbolçunu milliləşdirdi
Sinoptiklərdən Bakıda güclü külək xəbərdarlığı
Bakıda avtomobildən 38 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb
Sabah Bakıda yağış yağacaq,14° isti olacaq
İstanbul derbisi: “Beşiktaş” “Fənərbaxça”ya qarşı
Zəlzələdən sonra Kardiologiya İnstitutuna müraciətlərin sayı artıb
Məhərrəm Əliyev Azərbaycanın Belarusdakı səfiri təyin edilib
Azərbaycan Rumıniya və Moldovadakı səfirlərini geri çağırdı
Məhərrəm Əliyev Prezidentinin köməkçisi vəzifəsindən azad edildi və hərbi xidmətdən istefaya göndərildi
2024-cü il:Novruz,Ramazan və Qurban bayramlarının günləri bəlli olub
2024-cü ildə ilk iş günü yanvarın 7-dən başlayacaq
Azərbaycan nefti 80,21 dollara satılır
İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib
BMT-nin baş katibi Azərbaycan-Ermənistan birgə açıqlamasını alqışlayıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb
Faktiki hava:Ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib
Tovuzda qatar 25 yaşlı gənci vurub öldürdü
İşğaldan azad edilmiş ərazilərdə seçki məntəqələri quraşdırılacaq
Şuşa və Göygöl rayonlarına prokuror təyin olunub
Moskvada MDB İqtisadi Şurasının 100-cü iclası keçirilib
Dövlət Aqrar Universitetinin yenidən KTN-in tabeliyinə verildi
Bakıda Azərbaycan-Rusiya Parlamentlərarası Komissiyanın iclası keçirilir