Şanxayda Azərbaycanın turizm potensialı təqdim olunub
Çinin ən iri şəhərlərindən olan Şanxayda Azərbaycanın turizm potensialının təqdimatı olub.
YeniAvropa xəbər verir ki, Çinin turizm şirkətlərinin nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev mədəni irsi, rəngarəng təbiəti, qədim və müasir memarlığı olan Azərbaycanın yüzillər ərzində İpək yolu üzərində ticarət və mədəniyyət körpüsü rolunu oynadığını, bu tarixi irsin müasir dövrdə ölkəmizin turizm potensialını zəniginləşdirdiyini deyib. Bildirib ki, son illər Azərbaycanda turizm sənayesi böyük inkişaf yolu keçib, turizm xidmətlərinin yüksəldilməsi istiqamətində əhəmiyyətli işlər görülüb, nəticədə ölkəmiz dünyanın müxtəlif bölgələrindən olan səyahətçilərin populyar turizm məntəqəsinə çevrilib.
Fuad Nağıyev Çinin Azərbaycan üçün əsas turizm bazarlarından biri olduğunu qeyd edərək, pandemiyanın səngiməsindən sonra iki ölkə arasında turist səyahətlərinin sayında çoxalma müşahidə olunduğunu, cari ilin yanvar-oktyabr ayında ölkəmizə gələn çinli turistlərin sayının ötən illə müqayisədə bir neçə dəfə artdığını bildirib. O, ölkəmizə daha çox Çin turistlərinin cəlb olunması məqsədilə agentliyin yeni konsepsiya hazırladığını, bu çərçivədə çinli turistlər üçün cəlbedici və uyğun şəraitin təmin olunacağını deyib.
Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Cavanşir Bayramov ölkəmizin turizm potensialı, təbiət, tarixi-mədəni, dəniz, sağlamlıq da daxil olmaqla müxtəlif turizm növləri üzrə mövcud şərait və yaradılan infrastruktur barədə məlumat verib.
“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin nümayəndələri Ruslan Abdullayev və Rinat Əzizov ölkəmizin milli aviadaşıyıcısı haqqında məlumat verib, şirkətin dekabrda açılacaq Bakı-Pekin-Bakı birbaşa, müntəzəm uçuşlarının iki ölkə arasında turist səfərlərinin sayının çoxalmasına müsbət təsir edəcəyini, AZAL-ın qarşıdakı illərdə Çinin daha bir neçə şəhərinə birbaşa uçuşlar açmağı planlaşdırdığını diqqətə çatdırıblar.
Sonra Azərbaycanın turizm potensialını, ölkəmizin təbii gözəlliyini, tarix-mədəni irsini, dadlı mətbəxini əks etdirən video nümayiş olunub, AZAL-ın keçirdiyi lotereyanın qalibinə Pekin-Bakı-Pekin bileti təqdim edilib.
Oxşar təqdimatların Çinin Quancou, Çendu və Pekin şəhərlərində də keçirilməsi planlaşdırılıb.
Qeyd edək ki, dünyanın ən böyük turizm bazarı olan Çindən Azərbaycana daha çox turist cəlb olunması üçün 2018-ci ilin dekabrından Çində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi fəaliyyət göstərir, 2019-cu ildə Çinin Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Dövlət Turizm Agentliyi arasında çinli turistlərin Azərbaycana qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb, həmin il Azərbaycan Turizm Bürosu və Çinin tanınmış onlayn səyahət platformaları olan "Ctrip.com İnternational Ltd" və "Qyer" arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb. Bundan başqa, Çin vətəndaşları üçün 2016-cı ilin fevralından etibarən sadələşdirilmiş viza rejiminin tətbiqi, habelə “ASAN Viza" sisteminin fəaliyyəti çinli turistlərin Azərbaycana səfər imkanlarını genişləndirir. Pandemiyanın səngiməsi ilə Çindən Azərbaycana səyahətlərin sayında davamlı artım müşahidə olunur.
"COP 29" gələn il Azərbaycanda keçiriləcək
"İnterpol"la axtarılan şəxs Azərbaycana ekstradisiyası edilib
Brüsseldə Azərbaycan-Aİ əməkdaşlığı müzakirə edilib
Audiovizual Şura televiziya kanallarına xəbərdarlıq edib
Qusarda mikroavtobus dərəyə aşıb: Xəsarət alanlar var
UEFA prezidentinin səlahiyyət müddəti uzadılır?
AQTA Bərdədə nöqsanlı çörək sexini basğlatdırıb
Prokurorluq 92 ağacın kəsilməsinə görə cinayət işi başlayıb
Azərbaycan və Oman XİN-ləri siyasi məsləhətləşmələr aparıblar
Lənkəran bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərilib
Prokurorluq paytaxt sakininin intihar etməsi faktını araşdırır
Xəbərdarlıq: Temperatur 5° aşağı enəcək, qar yağacaq
Xəzər dənizində zəlzələ olub
Ədliyyə orqanlarına qəbulla bağlı test imtahanı keçiriləcək
Ötən həftə Azərbaycanda 17 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
Sabah Bakıda 10° isti olacaq
İlham Əliyev Yardımlıda yol tikintisinə 1,7 milyon manat ayırdı
Azərbaycanda minatəmizləyən texnikalar istehsal olunacaq
Prezident Qaradağ rayonunda yol təmirinə 400 min manat ayırdı
İlham Əliyev Gürcüstanın parlament sədrini qəbul edib
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycanda illik inflyasiya 9,4% təşkil edib
Qazaxıstan cari ildə Bakı limanı vasitəsi ilə 1,2 milyon ton neft nəql edib
Azərbaycanda məktəbəqədər təhsillə bağlı əsas hədəflər açıqlanıb
Bakıda qanunsuz tikililər sökülüb