Vaqif Xaçaturyanın növbəti məhkəmə iclası keçirilir
Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçaturyan Vaqif Çerkezinin cinayət işi üzrə növbəti məhkəmə iclası noyabrın 7-də keçirilir.
YeniAvropa xəbər verir ki, Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Vaqif Xaçaturyanın hüquqlarını Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Radmila Abılova müdafiə edir.
İşin iştirakçısı olub, məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərin işin materialları ilə tam tanış olmaq, məhkəmədə tərcüməçi vasitəsilə iştirak etmək və məhkəmədə ana dilində çıxış etmək hüququ təmin edilir. Bu məqsədlə Vaqif Xaçaturyan məhkəmə prosesində tərcüməçi ilə təmin olunub.
Məhkəmə iclasında dövlət ittihamçısının çıxış etməsi gözlənilir.
Qeyd edək ki, dövlət ittihamçıları - Baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov və ədliyyə müşaviri Cövdət Mehrəliyevdir.
Xatırladaq ki, oktyabrın 13-də keçirilən ilk məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, ona hüquq və vəzifələri izah edilib.
Oktyabrın 17-də keçirilən məhkəmə prosesində Vaqif Xaçaturyana ittiham aktı elan olunub, zərərçəkmişlər və təqsirləndirilən şəxsin özü ifadə verib.
Oktyabrın 18-də, 24-də, 25-də və noyabrın 1-də keçirilən məhkəmə proseslərində zərərçəkmiş şəxslər ifadə veriblər, V.Xaçaturyanın Meşəlidə və ətraf ərazilərdə öz dəstəsi ilə törətdiyi cinayətlərdən danışıblar. Zərərçəkənlər təqsirləndirilən şəxsə ən ağır cəzanın verilməsini tələb ediblər.
Noyabrın 6-da keçirilən məhkəmə iclasında isə Meşəlidəki hadisələr zamanı yaralanan və həlak olan, o cümlədən Vaqif Xaçaturyana dair məhkəmə ekspertizalarının rəyləri, zərərçəkənləri və təqsirləndirilən şəxsi səciyyələndirən hallar barədə məlumat verilib. Bununla da məhkəmə istintaqı başa çatıb.
Qeyd edək ki, Vaqif Xaçaturyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilir.
Vaqif Xaçaturyanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqibetmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 milyon 568 min 60 manat, dövlətə isə 130 min 800 manat məbləğində maddi ziyan vurulub.
Qazaxıstan cari ildə Bakı limanı vasitəsi ilə 1,2 milyon ton neft nəql edib
Azərbaycanda məktəbəqədər təhsillə bağlı əsas hədəflər açıqlanıb
Bakıda qanunsuz tikililər sökülüb
Bakı İlahiyyat Kolleci yaradılır
Ceyranbatanda mənzildə partlayış olub, bir nəfər xəsarət alıb
UEFA Çempionlar Liqası: Əliyar Ağayev “Mançester Siti”nin oyununa təyinat alıb
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb
Ceyhun Bayramov Belçikaya işgüzar səfər edib
Bayden Zelenskini Ağ Evə dəvət edib
İlham Əliyev Serbiya-Bolqarıstan Qaz kəmərinin açılışında iştirak edib
Sabah Bakıda arabir yağış yağacaq,11° isti olacaq
İlham Əliyev Serbiyaya işgüzar səfər edib
Şuşada indiyədək 16 abidə tam bərpa olunub
Şuşada Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin təsis konfransı keçirilir
Sumqayıt-Bakı yolunda ağır avtoqəza:Ölən və yaralananlar var
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib
Müəllimlərin vəzifə maaşlarına əlavələr edilib
Din xadimləri attestasiyadan keçiriləcək-Mübariz Qurbanlı
Azərbaycan "COP 29"a ev sahibliyinə ən real namizəddir
Azərbaycan iki əcnəbi basketbolçunu milliləşdirdi
Sinoptiklərdən Bakıda güclü külək xəbərdarlığı
Bakıda avtomobildən 38 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb
Sabah Bakıda yağış yağacaq,14° isti olacaq
İstanbul derbisi: “Beşiktaş” “Fənərbaxça”ya qarşı
Zəlzələdən sonra Kardiologiya İnstitutuna müraciətlərin sayı artıb