İlham Əliyev Koreya Ticarət və Sənaye Palatası sədrini qəbul edib
Prezident İlham Əliyev noyabrın 6-da Koreya Respublikasının Ticarət və Sənaye Palatasının və “SK Group” şirkətlər qrupunun sədri Çey Tae-vonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Çey Tae-von ölkəmizdə sonuncu dəfə 12 il əvvəl olduğunu qeyd edərək, ötən dövr ərzində prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda baş verən inkişaf proseslərinin və qazanılan nailiyyətlərin onda dərin təəssürat oyatdığını dedi, bununla bağlı təbriklərini çatdırıb. Qonaq Azərbaycan ilə Koreya Respublikası arasında müxtəlif istiqamətlərdə iqtisadi əməkdaşlıq imkanlarını qeyd edib.
Xüsusilə işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının tətbiqi ilə bağlı Koreya Respublikası şirkətinin təcrübəsi, Azərbaycanın zəngin bərpaolunan enerji potensialının reallaşdırılması, həmçinin ölkəmizin böyük mineral ehtiyatları, informasiya-kommunikasiya texnologiyaları, təhsil və insan kapitalının inkişafı sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Ölkələrimiz arasında turizm əlaqələrinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 1953-cü ildə təsis olunan və baş ofisi Seul şəhərində yerləşən “SK Group” Koreya Respublikasının ikinci ən böyük şirkətlər qrupudur. Şirkətin ötənilki gəliri 150,9 milyard, aktivlərinin həcmi isə 246,9 milyard ABŞ dollarıdır. Qlobal miqyasda törəmə şirkətlərinin və filiallarının sayı 512, dünya üzrə əlaqəli şirkətlərinin sayı isə 198 olan “SK Group”un müxtəlif ölkələrdə 100 mindən çox işçisi var. Şirkət energetika və kimya, informasiya-kommunikasiya texnologiyaları, yarımkeçiricilər və qabaqcıl materiallar, logistika, xidmətlər, biosəhiyyə və əczaçılıq istiqamətlərində fəaliyyət göstərir.
Azərbaycanda məktəbəqədər təhsillə bağlı əsas hədəflər açıqlanıb
Bakıda qanunsuz tikililər sökülüb
Bakı İlahiyyat Kolleci yaradılır
Ceyranbatanda mənzildə partlayış olub, bir nəfər xəsarət alıb
UEFA Çempionlar Liqası: Əliyar Ağayev “Mançester Siti”nin oyununa təyinat alıb
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb
Ceyhun Bayramov Belçikaya işgüzar səfər edib
Bayden Zelenskini Ağ Evə dəvət edib
İlham Əliyev Serbiya-Bolqarıstan Qaz kəmərinin açılışında iştirak edib
Sabah Bakıda arabir yağış yağacaq,11° isti olacaq
İlham Əliyev Serbiyaya işgüzar səfər edib
Şuşada indiyədək 16 abidə tam bərpa olunub
Şuşada Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin təsis konfransı keçirilir
Sumqayıt-Bakı yolunda ağır avtoqəza:Ölən və yaralananlar var
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib
Müəllimlərin vəzifə maaşlarına əlavələr edilib
Din xadimləri attestasiyadan keçiriləcək-Mübariz Qurbanlı
Azərbaycan "COP 29"a ev sahibliyinə ən real namizəddir
Azərbaycan iki əcnəbi basketbolçunu milliləşdirdi
Sinoptiklərdən Bakıda güclü külək xəbərdarlığı
Bakıda avtomobildən 38 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb
Sabah Bakıda yağış yağacaq,14° isti olacaq
İstanbul derbisi: “Beşiktaş” “Fənərbaxça”ya qarşı
Zəlzələdən sonra Kardiologiya İnstitutuna müraciətlərin sayı artıb
Məhərrəm Əliyev Azərbaycanın Belarusdakı səfiri təyin edilib