logo

Boksçularımız beynəlxalq turnirdə 10 medal qazanıblar

15:35 05-11-2023 | icon 2212
Boksçularımız beynəlxalq turnirdə 10 medal qazanıblar

Belarusun paytaxtı Minskdə yeniyetmə boksçular arasında Vladimir Botvinnikin xatirəsinə həsr olunan beynəlxalq turnir başa çatıb.

Azərbaycan Boks Federasiyasından YeniAvropa-ya verilən məlumata görə, milli komanda 7 ölkədən 142 idmançının mübarizə apardığı yarışı 10 medalla başa vurub.

Yığmanın heyətində Nurlan Abışov (57 kiloqram) turnirin qalibi olub. O, finalda yerli Qleb Bondakı məğlub edərək qızıl medala yiyələnib. Digər boksçulardan Əli Məmmədov (46 kiloqram), Məhəmmədəli Məmmədli (50 kiloqram), Bağır Əmirxanlı (52 kiloqram), Sübhan Babayev (54 kiloqram), Turqay Rəhimli (60 kiloqram), Kənan Aslanlı (63 kiloqram), Rza Rzayev (70 kiloqram), Əli Məmişov (80 kiloqram) və Məhəmməd Cəfərov (+80 kiloqram) üçüncü yeri tutublar.