logo

Tanınmış səyyahların Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb

10:50 04-11-2023 | icon 1281
Tanınmış səyyahların Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb

Zəfər Günü ərəfəsində - noyabrın 4-də dünya şöhrətli “NomadMania” beynəlxalq səyahətçilər klubunun üzvlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri başlayıb.

YeniAvropa xəbər verir ki, səyyahlar 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzuru gəzəcəklər. Füzuli-Xocavənd-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət edəcək heyətdə 26 ölkədən (ABŞ, Kanada, İsveçrə, Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və sair) 50 nəfərə yaxın tanınmış səyyah yer alır. Qrupa “NomadMania” klubunun rəhbəri, dünyanın səyyah elitasının əsas simalarında biri olan Harry Mitsidis başçılıq edir. Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, “NomadMania” və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Səyahətçilər Klubunun, Böyük Britaniyanın "Piki Reels", İsveçin "Club 100" klublarının geniş tərkibdə heyətləri ötən iki ildə 8 dəfə Qarabağ və Şərqi Zəngəzura səfər edib. Bu, sayca 9-cu analoji səfərdir. Onlardan biri 2021-ci ildə, dördü 2022-ci ildə, digər dördü isə 2023-cü ildə reallaşıb. Dünyanın səyyah elitasının Qarabağ və Şərqi Zəngəzura ardıcıl səfərləri, hər dəfə heyətin daha da genişlənməsi onu göstərir ki, bölgədə qısa müddətdə Azərbaycan dövlətinin apardığı nəhəng və genişmiqyaslı quruculuq işləri dünyada heyrətlə qarşılanır. Bu səfərlər işğaldan azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıdılması, Ermənistanın törətdiyi müharibə cinayətlərinin yerində nümayişi üçün də müstəsna əhəmiyyət daşıyır.