Ceyhun Bayramov TDT XİN Şurasının iclasında çıxış edib
Noyabrın 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 10-cu iclasında çıxış edib.
XİN-dən YeniAvropa-ya bildirilib ki, nazir Ceyhun Bayramov çıxışı zamanı TDT-yə üzv dövlətlərlə əlaqələrin bütün sahələrdə gücləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən olduğunu vurğulayıb.
O, ölkələrimiz arasında müxtəlif səviyyələrdə təmasların və səfərlərin, eləcə də bütün müstəvilərdə qarşılıqlı dəstəyin göstərilməsinin əməkdaşlığın inkişafına xidmət etdiyini diqqətə çatdırıb.
Mövcud təhdid və çağırışların aradan qaldırılması kontekstində yaranacaq yeni beynəlxalq təhlükəsizlik arxitekturasının formalaşmasında Türk birliyinin əhəmiyyətli rol oynayacağı vurğulanıb.
TDT-yə üzv və müşahidəçi dövlətlərin beynəlxalq nüfuzunun və iqtisadi potensialının artması ilə yanaşı 2009-cü il Naxçıvan Zirvə Görüşündən etibarən TDT-nin beynəlxalq müstəvidə önəminin də artdığı qeyd edilib.
Bununla yanaşı, TDT ilə əlaqəli fəaliyyət göstərən TÜRKPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu və Türk İnvestisiya Fondunun fəaliyyətlərinə də Azərbaycan tərəfindən xüsusi önəm verildiyi vurğulanıb.
Nazir Ceyhun Bayramov öz nitqində, Azərbaycan prezidentinin Mərkəzi Asiya Dövlət Başçılarının Beşinci Məşvərət Görüşündəki çıxışının əsasında nəqliyyat məsələlərinin dayandığını, ölkələrimiz arasında münasibətlərin nəqliyyat və kommunikasiya sahəsində daha effektiv inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıb. Bu xüsusda, regionda yaranmış yeni fürsətlərin düzgün istifadəsinin böyük nailiyyətlərin əldə olunmasına xidmət edəcəyini bildirib.
Onuncu Zirvə Görüşünün “TURKTIME! – Ənənələr, Birləşmə, İslahatlar, Bilik, İnam, Sərmayələr və Qarşılıqlı Enerji!” mövzusunun bugünkü reallığa uyğun seçildiyini, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması və şaxələndirilməsi, nəqliyyat-kommunikasiya dəhlizlərinin keçid prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi, həmçinin tarif məsələlərini əlaqələndirməklə nizamlanması istiqamətində təsirli birgə tədbirlərin görülməsinin önəmi diqqətə çatdırılıb.
Nazir, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində nəqliyyat infrastrukturunun yaradılmasının Orta dəhliz boyunca yeni nəqliyyat arteriyasının açılması baxımından xüsusi əhəmiyyətə malik olduğunu, regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsi ilə yanaşı ümumilikdə ölkələrimizin tranzit potensialının tam şəkildə reallaşmasına töhfə verəcəyini vurğulayıb.
UEFA Rusiyanı Millətlər Liqasından kənarlaşdırıb
Bakıda keçirilən güləş üzrə dünya çempionatına yekun vurulub
İstanbulda İƏT-in Daimi Komitəsinin Nazirlər Toplantısı keçirilir
Minifutbol çempionatında yeni mövsümün püşkü atılıb
Paytaxt sakini “Kalaşnikov” avtomatı ilə saxlanılıb
COP28: 20 ölkə nüvə enerjisini üç dəfə artırmağa çağırıb
Sabah Bakıda 22° isti olacaq
ABŞ Yaşıl İqlim Fonduna 3 milyard dollar ayıracaq
Sahibə Qafarova Çexiya Senatının sədri ilə görüşüb
Almaniyada əlverişsiz havaya görə "Bavariya"nın oyunu təxirə salınıb
İlham Əliyev Laos prezidentini təbrik edib
Praqada Azərbaycan və Çexiya
parlament sədrlərinin görüşü olub
Dünya çempionatı:Bu gün 5 güləşçimiz xalça üzərinə çıxacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb
Paytaxtda “Kalaşnikov” avtomatı satan şəxs saxlanılıb
Abşeronda ətraf mühiti çirkləndirən mebel sexinin sahibi cərimələnib
Şəkidə “Ford” dərəyə aşıb, xəsarət alan var
Dünya çempionatı:Kişi güləşçilərimiz 5 medal qazanıblar
Sahibə Qafarova Çexiyaya səfərə gedib
"İnterpol"la axtarılan daha bir şəxs Azərbaycana ekstradisiya olunub
Belqrad-Bakı birbaşa aviareysi açılır
Qubada avtomobil su kanalına düşüb
Azərbaycanda qızılcaya yoluxma halları artır
Azərbaycanda pul bazası 18 milyard manat ötür
Dünya çempionatı:Daha iki güləşçimiz medal qazanıb